Vakansiyalar
MK

Aparıcı dizayner

Milli Kibertəhlükəsizlik Agentliyi

Vəzifə öhdəlikləri

  • Sosial media, veb-saytlar və digər rəqəmsal platformalar üçün müasir, dinamik və yüksək keyfiyyətli motion vizuallar və kreativ kontentlər hazırlamaq;
  • Mövcud statik dizaynları effektiv şəkildə hərəkətli formata uyğunlaşdırmaq, qrafika, mətn, keçid, effekt, ritm və musiqini vahid vizual üslubda birləşdirmək;
  • Brend identikliyini qorumaqla kreativ və trendə uyğun animasiyalar yaratmaq, video montaj və vizual hekayələndirmə bacarıqlarından istifadə etmək;
  • Hazırlanan işləri peşəkar şəkildə təqdim etmək, komanda tərəfindən gələn rəyləri nəzərə alaraq nəticəni davamlı təkmilləşdirmək və detallara yüksək diqqət göstərmək;

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Adobe Photoshop, Illustrator, InDesign, Figma və digər müasir dizayn alətləri ilə işləmə bacarığı;
  • Kompozisiya, rəng nəzəriyyəsi, tipoqrafiya və vizual iyerarxiya üzrə dərin biliklər;
  • Sosial media postları, bannerlər, reklam və çap materialları ilə yanaşı, brendbook və korporativ üsluba uyğun kreativ dizaynlar hazırlamaq bacarığı;
  • Adobe After Effects və Premiere Pro proqramlarında işləmək, Motion Design və animasiya prinsiplərini tətbiq etmək, dinamik vizuallar yaratmaq bacarığı;
  • Blender 3D və ya Cinema 4D üzrə biliklər əlavə üstünlükdür;
  • Motion/dynamic visual işlərindən ibarət portfolio mütləqdir.

Niyə biz?

  • İş qrafiki: Tam iş günü (5 gün).
  • İş saatları: 09:00-18:00.
  • İş yeri: Bakı
  • Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Geri