MK
Aparıcı dizayner
Milli Kibertəhlükəsizlik Agentliyi
Должностные обязанности
- Sosial media, veb-saytlar və digər rəqəmsal platformalar üçün müasir, dinamik və yüksək keyfiyyətli motion vizuallar və kreativ kontentlər hazırlamaq;
- Mövcud statik dizaynları effektiv şəkildə hərəkətli formata uyğunlaşdırmaq, qrafika, mətn, keçid, effekt, ritm və musiqini vahid vizual üslubda birləşdirmək;
- Brend identikliyini qorumaqla kreativ və trendə uyğun animasiyalar yaratmaq, video montaj və vizual hekayələndirmə bacarıqlarından istifadə etmək;
- Hazırlanan işləri peşəkar şəkildə təqdim etmək, komanda tərəfindən gələn rəyləri nəzərə alaraq nəticəni davamlı təkmilləşdirmək və detallara yüksək diqqət göstərmək;
Требования
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Adobe Photoshop, Illustrator, InDesign, Figma və digər müasir dizayn alətləri ilə işləmə bacarığı;
- Kompozisiya, rəng nəzəriyyəsi, tipoqrafiya və vizual iyerarxiya üzrə dərin biliklər;
- Sosial media postları, bannerlər, reklam və çap materialları ilə yanaşı, brendbook və korporativ üsluba uyğun kreativ dizaynlar hazırlamaq bacarığı;
- Adobe After Effects və Premiere Pro proqramlarında işləmək, Motion Design və animasiya prinsiplərini tətbiq etmək, dinamik vizuallar yaratmaq bacarığı;
- Blender 3D və ya Cinema 4D üzrə biliklər əlavə üstünlükdür;
- Motion/dynamic visual işlərindən ibarət portfolio mütləqdir.
Почему мы?
- İş qrafiki: Tam iş günü (5 gün).
- İş saatları: 09:00-18:00.
- İş yeri: Bakı
- Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.