Vakansiyalar
BC

Aparıcı Mühasib

BAA Consulting

Diqqət!!! Consulting sahəsində işləmə bacarığına, analitik düsüncəyə malik  və özünə güvənən namizəd axtarilir

İş barədə məlumat

• Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;

• Vergi və maliyyə uçotunun aparılması;

• New-e-taxes, E-gov.az  və digər portallardan istifadə etmə bacarığı;

• Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödənişləri reallaşdırmaq;

• Əməkhaqqı, məzuniyyət, son haqq-hesab və digər ödənişlərin hesablanması və ödənilməsi;

• Aylıq, rüblük və illik vergi hesabatlarının və arayışların hazırlanması, bu hesabatların vəziyyətinin izlənilməsi, daxil olan kameral uyğunsuzluq məktublarının və sorğuların cavablandırılması

• Vergi ödəyicilərinin dövriyyələrinin izlənilməsi, xüsusilə ƏDV dövriyyəsinə nəzarət edilməsi;

• Vergilərin düzgün və vaxtında ödənilməsinə nəzarət edilməsi;

• Mühasibat uçotu və vergitutma ilə bağlı digər vəzifələrin icrası

İş şəraiti:

• Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;

• İş qrafiki: Bazar ertəsi – Cümə - 09:00-dan 18:00-dək;

• İstirahət: Şənbə və Bazar günləri;

• Əmək haqqı: Razılaşma yolu ilə

Tələblər

  • Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
  • Müvafiq sahədə minimum 3 (üç) il iş təcrübəsi;
  • Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
  • Office proqramlarında, əsasən EXCEL və WORD proqramlarında yaxşı səviyyədə işləmə bacarığı olmalıdır;
  • 1C 8.3 mühasibat proqramında işləməyi bacarmalıdır;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (ingilis və/və ya rus dili bilikləri üstünlük sayılır);
  • Elanı diqqətlə oxuyub CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
Geri