Aparıcı sistem inzibatçısı (Postgresql üzrə, iş müvəqqəti xarakter daşıyır)
Struktur bölmənin adı
• İnformasiya texnologiyaları əməliyyatları departamenti , İT infrastrukturunun şöbəsinin Sistem inzibatçılığı bölməsi
Vəzifənin funksiyaları:
• İnformasiya sistemləri üzrə VBİS-in quraşdırılmasını, sazlanmasını və davamlılığını təmin edir;
• Ehtiyat Mərkəz(lər)də VBİS-in dayanıqlı fəaliyyətini təmin edir;
• VBİS-in işinin optimallaşdırılması üzrə işləri həyata keçirir;
• VBİS-in ehtiyat nüsxələrinin idarəedilməsi (backup/restore) işini təşkil edir;
• VBİS üzrə resurs planlanmasının idarəedilməsi işinin təşkil edir;
• Həyata keçirilən layihələrin texniki sənədlərinin hazırlanmasında iştirak edir;
• Avtomatlaşdırılmış İdarəetmə Sistemlərinin yaradılması layihələri üzrə verilənlər bazasının idarəetmə sistemlərinin tətbiqi prosesində iştirak edir və onların gələcəkdə etibarlı və fasiləsiz istismar olunmasını təşkil edir;
• İnformasiya təhlükəsizliyinin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirir;
• Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını icra edir.
• İnfrastruktur avadanlıqlarının quraşdırılmasını, sazlanmasını və istismara daxil edilməsini təmin edir;
• Cavabdeh olduğu infrastruktur vahidlərinin topologiyasının tərtib edilməsini və daim onun yenilənməsini həyata keçirir;
• İnformasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görür;
• Daxili hüquqi sənədlərlə müəyyən olunmuş digər inzibatçılıq funksiyalarını icra edir;
Təcrübə
• Müvafiq sahədə 3 illik iş təcrübəsi tələb olunur.
Təhsil
• Ali təhsil (İnformasiya texnologiyaları, İnformasiya sistemləri, Kompüter elmləri, Avtomatlaşdırılmış sistemlər və Riyaziyyat sahəsi). Fərqli ixtisaslar üzrə ali təhsil olduqda sahə üzrə ən azı 5 il iş təcrübəsi tələb olunur.
Dil bacarığı
• Səlis azərbaycan, orta səviyyədə ingilis dili bacarığı tələb olunur.
Kompüter bacarıqları
• Backup və Restore həlləri (pg_dump/pg_restore, pg_basebackup, Barman)
• Performance tuning (Indexing, Query Optimization)
• High Availability həlləri (Patroni, repmgr)
• Replication texnologiyaları (Streaming, Logical, pglogical)
• Connection pooling həlləri (pgBouncer, pgpool-II)
• Monitoring alətləri (pgBadger, pg_stat_statements, Prometheus/Grafana)
• Security və Access Control (pg_hba.conf, SSL/TLS)
• Linux sistemləri üzrə biliklər (bash scripting)
• Migration alətləri (pg_upgrade) üzrə biliklər tələb olunur.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.