Vakansiyalar
QH

Baş mühasib

Qalaalti Hotel & Spa

Vəzifə öhdəlikləri

  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
  • Debitor və kreditor borcların uçotunun aparılması;
  • Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
  • Gəlir və xərclərin uçotunun aparılması;
  • Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək;
  • Vergi hesabatlarının (ÖMV, Muzdlu, Mənfəət və s);
  • Statistika hesabatlarının verilməsi.
  • Vəzifə tələbləri:
  • Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzu olunandır);
  • Təhsil ixtisası: Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə;
  • İş təcrübəsi (minimum): Müvafiq sahə üzrə ən az 2 il;
  • Dil bilikləri: Azərbaycan dili (İngilis dili, Rus dili arzuolunandır);
  • Kompüter bilikləri: Peşəkar səviyyədə Microsoft office proqramları (əsasən Excel).
  • Digər zəruri tələblər:
  • Peşakar mühasib sertifikatının (PMS MHBS) olması mütləqdir. ACCA F3 arzuolunandır.
  • Vəzifənin tələb etdiyi səriştəliliklər:
  • Problem həll etmə bacarıqları;
  • Təqdim etmə bacarığı;
  • Detallara diqqət;
  • Komandada işləmək bacarığı;
  • Analitik düşünmə bacarığı.
  • İş şəraiti:
  • İş vaxtı: Həftə içi 1-5 gün 09:00–18:00 (nahar vaxtı 13:00 – 14:00);
  • Könüllü tibbi sığorta;
  • Nahar şirkət tərəfindən verilir;
  • Əmək haqqı: müsahibə əsasında;
  • Korporativ nömrə və danışıq limiti;
  • Ünvan: Şabran şəhəri, Qalaaltı kəndi.
  • Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Geri