Vakansiyalar
KM

Direktor üçün inzibati assistent

Karal Medical Group

İş şəraiti:

• İş yeri: Bakı şəhəri

• İş qrafiki: Tam ştat

• İş saatları: 09:30–18:00

• İş rejimi: Həftənin 5 günü

• Ünvan: Koroğlu, Arena Plaza, Block D

Vəzifə öhdəlikləri

  • Direktorun gündəlik iş qrafikinin və görüşlərinin planlaşdırılması
  • Görüşlərin, iclasların və işgüzar səfərlərin təşkili
  • Telefon zənglərinin, elektron məktubların və yazışmaların idarə olunması
  • Daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyatı və aidiyyəti üzrə yönləndirilməsi
  • Rəsmi məktubların, hesabatların və təqdimatların hazırlanması
  • İclasların gündəliyinin hazırlanması və verilən tapşırıqların icrasının izlənilməsi
  • Şirkətin struktur bölmələri ilə direktor arasında koordinasiyanın təmin edilməsi
  • Tərəfdaşlar, təchizatçılar və digər şəxslərlə işgüzar ünsiyyətin qurulması
  • Sənədlərin düzgün arxivləşdirilməsi və məxfi məlumatların qorunması
  • Direktor tərəfindən verilən digər inzibati tapşırıqların yerinə yetirilməsi

Tələblər

  • Cins: Xanım
  • Ali təhsil
  • İnzibati assistent, direktor köməkçisi və ya oxşar vəzifədə iş təcrübəsi arzuolunandır
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı
  • Rus və ingilis dili bilikləri arzuolunandır
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı
  • İşgüzar yazışma və sənədləşmə bacarığı
  • Yüksək təşkilatçılıq və vaxtın düzgün idarə olunması bacarığı
  • Operativ, məsuliyyətli və detallara diqqətli olmaq
  • Səlis nitq və yüksək ünsiyyət bacarığı
  • Məxfi məlumatlarla işləmək və peşəkar etik qaydalara riayət etmək bacarığı
  • Gərgin iş rejimində çevik və düzgün qərar vermək bacarığı
  • Komandada işləmə bacarığı
  • Şirkət təklif edir:
  • 700 AZN net əməkhaqqı
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
  • Stabil və inkişafyönümlü iş mühiti
  • CV-lərinizi mövzu hissəsində “Direktor üçün inzibati assistent” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanı vasitəsilə göndərə bilərsiniz.
Geri