KM
Direktor üçün inzibati assistent
Karal Medical Group
İş şəraiti:
• İş yeri: Bakı şəhəri
• İş qrafiki: Tam ştat
• İş saatları: 09:30–18:00
• İş rejimi: Həftənin 5 günü
• Ünvan: Koroğlu, Arena Plaza, Block D
Должностные обязанности
- Direktorun gündəlik iş qrafikinin və görüşlərinin planlaşdırılması
- Görüşlərin, iclasların və işgüzar səfərlərin təşkili
- Telefon zənglərinin, elektron məktubların və yazışmaların idarə olunması
- Daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyatı və aidiyyəti üzrə yönləndirilməsi
- Rəsmi məktubların, hesabatların və təqdimatların hazırlanması
- İclasların gündəliyinin hazırlanması və verilən tapşırıqların icrasının izlənilməsi
- Şirkətin struktur bölmələri ilə direktor arasında koordinasiyanın təmin edilməsi
- Tərəfdaşlar, təchizatçılar və digər şəxslərlə işgüzar ünsiyyətin qurulması
- Sənədlərin düzgün arxivləşdirilməsi və məxfi məlumatların qorunması
- Direktor tərəfindən verilən digər inzibati tapşırıqların yerinə yetirilməsi
Требования
- Cins: Xanım
- Ali təhsil
- İnzibati assistent, direktor köməkçisi və ya oxşar vəzifədə iş təcrübəsi arzuolunandır
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı
- Rus və ingilis dili bilikləri arzuolunandır
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı
- İşgüzar yazışma və sənədləşmə bacarığı
- Yüksək təşkilatçılıq və vaxtın düzgün idarə olunması bacarığı
- Operativ, məsuliyyətli və detallara diqqətli olmaq
- Səlis nitq və yüksək ünsiyyət bacarığı
- Məxfi məlumatlarla işləmək və peşəkar etik qaydalara riayət etmək bacarığı
- Gərgin iş rejimində çevik və düzgün qərar vermək bacarığı
- Komandada işləmə bacarığı
- Şirkət təklif edir:
- 700 AZN net əməkhaqqı
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
- Stabil və inkişafyönümlü iş mühiti
- CV-lərinizi mövzu hissəsində “Direktor üçün inzibati assistent” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanı vasitəsilə göndərə bilərsiniz.