Elektrik mühəndisi
Əsas vəzifə öhdəlikləri:
• Elektrik işləri üzrə layihələrin hazırlanmasında iştirak etmək;
• Sənaye təyinatlı və digər bina və obyektlərdə elektrik işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq;
• Sənaye bina və tikililərinin, daxili və xarici işıqlandırma sistemlərini, aşağı gərginlikli elektrik təchizatı şəbəkələrini layihələndirmək;
• İstehsal, tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin tərtibi üçün geniş texniki hesablamaları aparmaq;
• Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun müşahidə prosesini həyata keçirmək;
• Layihələşdirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələşdirmə proqram paketindən istifadə etmək;
• Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək;
• Müxtəlif təyinatlı tikili və təmir işlərinin elektrik cizgilərin AutoCAD vasitəsi ilə çəkilməsi;
• Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək;
• Layihə sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət və təsdiq etmək;
• İdarənin özünün tikintiləri üçün, podratçı təşkilatlarını layihə sənədləri ilə təmin etmək;
• Təsdiq olunmuş layihə-smeta sənədlərinə uyğun, yerlərdə işlərin gedişatına mütəmadi nəzarət funksiyasını həyata keçirmək;
• Faktiki işlərin gedişinə uyğun olaraq layihə-smeta sənədlərinə vaxtında düzəlişlər etmək və həmin düzəlişlər barədə aidiyyəti şöbələrə məlumat vermək;
• Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədləri hazırlamaq;
• Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, norma və qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
• Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək və layihə üçün vaxt planının müəyyən edilməsi;
• Layihələri FNH ekspertiza idarəsinin tələblərinə uyğun hazırlamaq və ekspertiza idarəsinə təhvil verərək, layihəni müdafiə etmək;
• Ümumi layihələrə aid sənədlərin aylıq (hər ayın əvvəli) tərtib edilməsi (Forma 2, Smeta və.s);
• Layihələrin müvafiq dövlət orqanları ilə razılaşdırlmasında iştirak etmək.
Namizədə olan tələblər:
• Elektrik mühəndisliyi və ya aidiyyati sahə üzrə ali təhsil;
• Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
• Kompüter bilikləri: AutoCAD əla bilməli; MS Office və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı; 3D MAX, VRAY, REVİT arzu olunandır;
• Dil bilikləri: Azərbaycan dilini yüksək səviyyədə olması, ingilis və rus dilləri arzu olunandır;
• Layihəyə nəzarət bacarığına malik olmalı;
• Komandada işləmə bacarığına malik olmalı;
• Diqqətli və dəqiq olmalı;
• İşgüzar və məsuliyyətli olmalı.
İş şəraiti:
• İş rejimi: 6 günlük (09:00-17:00, şənbə qısa iş günü)
• İş yeri: Bakı şəhəri, Xətai rayonu, İzzət Orucova 2
• Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin olunacaq
• Azərbaycan Respublikası ƏM-nin qanunvericiliyinə əsasən sənədləşmə
“CV”-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerində "Elektrik mühəndisi" başlığı yazmaqla göndərməyiniz xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.