Vacancies
AE

Elektrik mühəndisi

Almep Engineering Group

Əsas vəzifə öhdəlikləri:

• Elektrik işləri üzrə layihələrin hazırlanmasında iştirak etmək;

• Sənaye təyinatlı və digər bina və obyektlərdə elektrik işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq;

• Sənaye bina və tikililərinin, daxili və xarici işıqlandırma sistemlərini, aşağı gərginlikli elektrik təchizatı şəbəkələrini layihələndirmək;

• İstehsal, tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin tərtibi üçün geniş texniki hesablamaları aparmaq;

• Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun müşahidə prosesini həyata keçirmək;

• Layihələşdirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələşdirmə proqram paketindən istifadə etmək;

• Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək;

• Müxtəlif təyinatlı tikili və təmir işlərinin elektrik cizgilərin AutoCAD vasitəsi ilə çəkilməsi;

• Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək;

• Layihə sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət və təsdiq etmək;

• İdarənin özünün tikintiləri üçün, podratçı təşkilatlarını layihə sənədləri ilə təmin etmək;

• Təsdiq olunmuş layihə-smeta sənədlərinə uyğun, yerlərdə işlərin gedişatına mütəmadi nəzarət funksiyasını həyata keçirmək;

• Faktiki işlərin gedişinə uyğun olaraq layihə-smeta sənədlərinə vaxtında düzəlişlər etmək və həmin düzəlişlər barədə aidiyyəti şöbələrə məlumat vermək;

• Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədləri hazırlamaq;

• Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, norma və qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;

• Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək və layihə üçün vaxt planının müəyyən edilməsi;

• Layihələri FNH ekspertiza idarəsinin tələblərinə uyğun hazırlamaq və ekspertiza idarəsinə təhvil verərək, layihəni müdafiə etmək;

• Ümumi layihələrə aid sənədlərin aylıq (hər ayın əvvəli) tərtib edilməsi (Forma 2, Smeta və.s);

• Layihələrin müvafiq dövlət orqanları ilə razılaşdırlmasında iştirak etmək.

Namizədə olan tələblər:

• Elektrik mühəndisliyi və ya aidiyyati sahə üzrə ali təhsil;

• Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;

• Kompüter bilikləri:  AutoCAD əla bilməli;  MS Office və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı; 3D MAX, VRAY, REVİT arzu olunandır;

• Dil bilikləri: Azərbaycan dilini yüksək səviyyədə olması, ingilis və rus dilləri arzu olunandır;

• Layihəyə nəzarət bacarığına malik olmalı;

• Komandada işləmə bacarığına malik olmalı;

• Diqqətli və dəqiq olmalı;

• İşgüzar və məsuliyyətli olmalı.

İş şəraiti:

• İş rejimi:  6 günlük (09:00-17:00, şənbə qısa iş günü)

• İş yeri: Bakı şəhəri, Xətai rayonu, İzzət Orucova 2

• Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin olunacaq

• Azərbaycan Respublikası ƏM-nin qanunvericiliyinə əsasən sənədləşmə

“CV”-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerində "Elektrik mühəndisi" başlığı yazmaqla göndərməyiniz xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Back