Elektrik və Lift Bələdçisi
İş şəraiti
• İş qrafiki: 6 günlük iş qrafikinə əsasən tənzimlənir
• Əməkhaqqı: 900-1000 AZN
• İş yeri: Mayak Residence layihəsi (Zığ qəsəbəsi)
İşin Təsviri:
• Liftlərin təhlükəsiz və düzgün istifadəsinə nəzarət etmək
• Sakin və qonaqların mərtəbələr üzrə yönləndirilməsini təmin etmək
• Lift daxilində nizam-intizam qaydalarına riayət olunmasına nəzarət etmək
• Liftlərdə yaranan texniki nasazlıqları aidiyyəti şöbəyə vaxtında bildirmək
• Liftlərin gündəlik fəaliyyətinə və texniki vəziyyətinə nəzarət etmək
• Elektrik avadanlıqlarının və sistemlərinin işlək vəziyyətdə olmasına nəzarət etmək
• Elektrik sistemlərində yaranan nasazlıqları müəyyən etmək və aidiyyəti şəxslərə məlumat vermək
• Yüklərin və materialların təhlükəsiz daşınmasına nəzarət etmək
• Lift və elektrik avadanlıqlarından istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etmək
• Lift ətrafının və texniki sahələrin səliqəli və təhlükəsiz saxlanılmasını təmin etmək
Tələblər
- Orta və ya orta ixtisas təhsili
- Elektrik və lift sistemləri üzrə ilkin texniki biliklər
- Məsuliyyətli və diqqətli olmaq
- Operativ və çevik işləmə bacarığı
- Ünsiyyət bacarığı və kollektivlə işləmə qabiliyyəti
- Nizam-intizamlı və punktual olmaq
- Elektrik və ya lift sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir
- Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Elektrik və Lift Bələdçisi” qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
- Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.