Vakansiyalar
MG

Əməliyyatlar üzrə mütəxəssis

MER Group

Vəzifə öhdəlikləri:

• Restoranların gündəlik əməliyyat fəaliyyətinə nəzarət etmək;

• Restoran və filiallarda müəyyən edilmiş iş standartlarının tətbiqini və icrasını yoxlamaq;

• Restoranların zal, mətbəx, kassa, anbar və digər əməliyyat sahələrinin fəaliyyətini monitorinq etmək;

• Xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin müəyyən edilmiş standartlara uyğunluğunu qiymətləndirmək;

• Restoran əməkdaşlarının iş proseslərini, davamiyyətini və əmək intizamını izləmək;

• Personalın iş bölgüsü və iş qrafikinin effektiv təşkilinə dəstək olmaq;

• Mətbəx və xidmət proseslərinin texnoloji və əməliyyat standartlarına uyğunluğuna nəzarət etmək;

• Məhsulların qəbulu, saxlanılması, istifadəsi və silinməsi proseslərini monitorinq etmək;

• Anbar qalıqları, məhsul itkisi və sərfiyyat göstəricilərinə nəzarət etmək;

• İnventarizasiya proseslərində iştirak etmək;

• Kassa və satış əməliyyatlarının müəyyən edilmiş prosedurlara uyğunluğunu yoxlamaq;

• Günlük, həftəlik və aylıq əməliyyat hesabatlarının hazırlanmasında iştirak etmək;

• Restoranlarda aparılan yoxlamaların nəticələrini təhlil etmək və aşkar edilmiş nöqsanlar üzrə tədbirlər planı hazırlamaq;

• Aşkar edilmiş əməliyyat problemlərinin aradan qaldırılmasını aidiyyəti şəxslərlə koordinasiya etmək;

• Restoranlarda sanitariya, gigiyena və qida təhlükəsizliyi standartlarına riayət olunmasını izləmək;

• Avadanlıqların texniki vəziyyətini monitorinq etmək və nasazlıqlar barədə rəhbərliyə məlumat vermək;

• Yeni filialların açılışı, yenilənməsi və əməliyyat proseslərinin qurulmasında iştirak etmək;

• Şirkətin restoran şəbəkəsində əməliyyat proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.

Tələblər

  • Ali təhsil;
  • Restoran, iaşə, hotelçilik, pərakəndə və ya xidmət sektorunda minimum 3 il iş təcrübəsi;
  • Restoran əməliyyatları və filial fəaliyyətinin təşkili barədə praktiki biliklər;
  • Güclü təşkilatçılıq və kommunikasiya bacarığı;
  • Problemləri operativ müəyyən etmək və həll etmək qabiliyyəti;
  • Komanda ilə işləmək və müxtəlif filiallarla effektiv kommunikasiya qurmaq bacarığı;
  • Ölkə daxilində regionlara mütəmadi ezamiyyətə getmək imkanı;
  • İş barədə məlumat:
  • İş yeri: Bakı, Həsən Seyidbəyli küç;
  • 5 günlük iş qrafiki: 09:00-18:00.
  • Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Geri