Əməliyyatlar üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
• Restoranların gündəlik əməliyyat fəaliyyətinə nəzarət etmək;
• Restoran və filiallarda müəyyən edilmiş iş standartlarının tətbiqini və icrasını yoxlamaq;
• Restoranların zal, mətbəx, kassa, anbar və digər əməliyyat sahələrinin fəaliyyətini monitorinq etmək;
• Xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin müəyyən edilmiş standartlara uyğunluğunu qiymətləndirmək;
• Restoran əməkdaşlarının iş proseslərini, davamiyyətini və əmək intizamını izləmək;
• Personalın iş bölgüsü və iş qrafikinin effektiv təşkilinə dəstək olmaq;
• Mətbəx və xidmət proseslərinin texnoloji və əməliyyat standartlarına uyğunluğuna nəzarət etmək;
• Məhsulların qəbulu, saxlanılması, istifadəsi və silinməsi proseslərini monitorinq etmək;
• Anbar qalıqları, məhsul itkisi və sərfiyyat göstəricilərinə nəzarət etmək;
• İnventarizasiya proseslərində iştirak etmək;
• Kassa və satış əməliyyatlarının müəyyən edilmiş prosedurlara uyğunluğunu yoxlamaq;
• Günlük, həftəlik və aylıq əməliyyat hesabatlarının hazırlanmasında iştirak etmək;
• Restoranlarda aparılan yoxlamaların nəticələrini təhlil etmək və aşkar edilmiş nöqsanlar üzrə tədbirlər planı hazırlamaq;
• Aşkar edilmiş əməliyyat problemlərinin aradan qaldırılmasını aidiyyəti şəxslərlə koordinasiya etmək;
• Restoranlarda sanitariya, gigiyena və qida təhlükəsizliyi standartlarına riayət olunmasını izləmək;
• Avadanlıqların texniki vəziyyətini monitorinq etmək və nasazlıqlar barədə rəhbərliyə məlumat vermək;
• Yeni filialların açılışı, yenilənməsi və əməliyyat proseslərinin qurulmasında iştirak etmək;
• Şirkətin restoran şəbəkəsində əməliyyat proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.
Requirements
- Ali təhsil;
- Restoran, iaşə, hotelçilik, pərakəndə və ya xidmət sektorunda minimum 3 il iş təcrübəsi;
- Restoran əməliyyatları və filial fəaliyyətinin təşkili barədə praktiki biliklər;
- Güclü təşkilatçılıq və kommunikasiya bacarığı;
- Problemləri operativ müəyyən etmək və həll etmək qabiliyyəti;
- Komanda ilə işləmək və müxtəlif filiallarla effektiv kommunikasiya qurmaq bacarığı;
- Ölkə daxilində regionlara mütəmadi ezamiyyətə getmək imkanı;
- İş barədə məlumat:
- İş yeri: Bakı, Həsən Seyidbəyli küç;
- 5 günlük iş qrafiki: 09:00-18:00.
- Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.