Vakansiyalar
OM

Əməliyyatlara Nəzarət üzrə Mütəxəssis (Mingəçevir)

OBA marketlər şəbəkəsi

Təsvir

• Mağazalar, anbarlar və mərkəzi ofis üzrə əməliyyat proseslərini daxili nəzarət baxımından yoxlamaq

• Kassa əməliyyatları, mədaxil-məxaric, inventar, transferlər və silinmələr üzrə nəzarət icra etmək

• Podratçılar tərəfindən icra olunan təmir və xidmət işlərinin sənədləşmə və icra uyğunluğunu yoxlamaq

• Əməliyyatların təsdiq, səlahiyyət və icra ayrılığı prinsiplərinə uyğunluğuna nəzarət etmək

• Əməliyyat risklərinin müəyyən edilməsi və risk xəritəsinin hazırlanmasında iştirak etmək

• Daxili nəzarət prosedurlarının hazırlanması və yenilənməsində iştirak etmək

• Aparılmış yoxlamalar üzrə analitik hesabatları hazırlamaq

• Aşkarlanmış uyğunsuzluqlar üzrə səbəb–nəticə təhlilini aparmaq

• Düzəldici tədbirlərin icra vəziyyətinə nəzarət etmək

İş qrafiki: 5 günlük, saat 09:00-18:00

Tələblər

  • Təhsil: Ali (Maliyyə, Biznesin idarə edilməsi və ya oxşar sahələr)
  • İş təcrübəsi: Daxili nəzarət, daxili audit, əməliyyat auditi və ya risk sahəsində minimum 1 il təcrübə
  • Texniki Bacarıqlar: MS Excel (pivot, analitik cədvəllər,funksiyalar) və ERP sistemləri ilə işləmə bacarığı
  • Risk əsaslı yanaşma ilə işləmək bacarığı
  • Analitik düşüncə və detallara diqqət
  • Müstəqil qərarvermə və məsuliyyətlilik
  • Etik davranış və məxfilik prinsiplərinə sadiqlik
  • Şəxsi avtomobil üstünlükdür
  • Vakansiya növü - Tam ştat
  • İmtiyazlar
  • Nahar təminatı
  • Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Geri
OM
Əməliyyatlara Nəzarət üzrə Mütəxəssis (Mingəçevir)
OBA marketlər şəbəkəsi
Müraciət et
Elan tarixi: 18 avqust 2026
Son müraciət: 18 sentyabr 2026
Mənbə ID 148727
Baxış 1

Detail.Share