Əməliyyatlara Nəzarət üzrə Mütəxəssis (Mingəçevir)
Təsvir
• Mağazalar, anbarlar və mərkəzi ofis üzrə əməliyyat proseslərini daxili nəzarət baxımından yoxlamaq
• Kassa əməliyyatları, mədaxil-məxaric, inventar, transferlər və silinmələr üzrə nəzarət icra etmək
• Podratçılar tərəfindən icra olunan təmir və xidmət işlərinin sənədləşmə və icra uyğunluğunu yoxlamaq
• Əməliyyatların təsdiq, səlahiyyət və icra ayrılığı prinsiplərinə uyğunluğuna nəzarət etmək
• Əməliyyat risklərinin müəyyən edilməsi və risk xəritəsinin hazırlanmasında iştirak etmək
• Daxili nəzarət prosedurlarının hazırlanması və yenilənməsində iştirak etmək
• Aparılmış yoxlamalar üzrə analitik hesabatları hazırlamaq
• Aşkarlanmış uyğunsuzluqlar üzrə səbəb–nəticə təhlilini aparmaq
• Düzəldici tədbirlərin icra vəziyyətinə nəzarət etmək
İş qrafiki: 5 günlük, saat 09:00-18:00
Требования
- Təhsil: Ali (Maliyyə, Biznesin idarə edilməsi və ya oxşar sahələr)
- İş təcrübəsi: Daxili nəzarət, daxili audit, əməliyyat auditi və ya risk sahəsində minimum 1 il təcrübə
- Texniki Bacarıqlar: MS Excel (pivot, analitik cədvəllər,funksiyalar) və ERP sistemləri ilə işləmə bacarığı
- Risk əsaslı yanaşma ilə işləmək bacarığı
- Analitik düşüncə və detallara diqqət
- Müstəqil qərarvermə və məsuliyyətlilik
- Etik davranış və məxfilik prinsiplərinə sadiqlik
- Şəxsi avtomobil üstünlükdür
- Vakansiya növü - Tam ştat
- İmtiyazlar
- Nahar təminatı
- Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.