Vakansiyalar
DE

Əsas vəsaitlər və icarələr üzrə mühasib

Decoliv

İş şəraiti

• Məşğulluq növü: Tam ştat (İş qrafiki: I-V günlər, 09:00 - 18:00)

• Ünvan: Bakı şəhəri, Azur biznes mərkəzi

İşin təsviri və öhdəliklər

• Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alışı, istismara verilməsi, yerinin dəyişdirilməsi, təmir xərclərinin kapitallaşdırılması və silinməsi əməliyyatlarının əməliyyat sistemində dərhal və dəqiq əks etdirmək;

• ƏV üzrə amortizasiya xərclərini hesablamaq;

• Əsas vəsaitlərin dövri inventarizasiya prosesində iştirak etmək, nəticələri təhlil etmək və kənarlaşmaları mühasibatlıq sistemində əks etdirmək.

• İcarə müqavilələrinin şərtləri dəyişdikdə (uzadılma, ləğv edilmə, məbləğ dəyişikliyi) uçot üzrə yeniləmələri həyata keçirmək;

• İcarə ödənişlərinin və faiz xərclərinin düzgünlüyünə nəzarət etmək;

• Əsas vəsaitlər və icarələr üzrə aylıq, rüblük və illik daxili hesabatlar hazırlamaq;

• Kənar və daxili audit zamanı aktivlər və icarələr üzrə tələb olunan məlumat və sənədləri təqdim etmək;

• Vergi və MHBS uçotu arasındakı fərqləri izləmək və uyğunsuzluqları tənzimləmək.

Namizədə olan tələblər

• İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu və ya əlaqəli sahələr üzrə ali təhsil.

• Əsas vəsaitlərin uçotu üzrə minimum 1-2 il iş təcrübəsi (MHBS 16 üzrə praktiki təcrübənin olması böyük üstünlükdür).

• Proqram bilikləri:Logo-Tiger, MS Excel

• Sertifikatlar: ACCA F3 (Financial Accounting) sertifikatının olması üstünlükdür.

Şirkətimizin təklif etdiyi imkanlar

• Rəqabətqabiliyyətli əməkhaqqı;

• Peşəkar və mehriban iş mühiti;

• Karyera yüksəlişi və peşəkar inkişaf imkanları.

• Korporativ nömrə, nahar təminatı və servis xidməti

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Əsas vəsaitlər və icarələr üzrə mühasib" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Geri