Gəlirlər üzrə aparıcı mühasib
Təsvir
• Ticari kontragentlər üzrə verilmiş bonus gəlirlərinin hesablanmasını və sistemə inteqrasiyasını həyata keçirmək
• Hesablanmış bonusların müvafiq olaraq müqavilə və ya təsdiq maili ilə üzləşdirmək və nəzarətdə saxlamaq
• Şirkət gəlirlərinin (tədarükçü bonusları) şöbələr, kateqoriyalar və projelər üzrə bölgüsünü və uçotunu aparmaq
• Gəlirlərin təsdiq sənədləri və müqavilələri aidiyyəti strukturlardan qəbul etmək, yoxlamaq və qarşılıqlı üzləşmək
• Gəlirləri icra tarixlərinə uyğun olaraq aylar üzrə sistemdə düzgün əks etdirmək
• Kontragentlər ilə debitor üzləşmələri aparmaq
• Hesablar üzrə qalıqların düzgünlüyünə nəzarət etmək.
• Gündəlik debitor borc yaşlanmasını izləmək və yığımları kontrolda saxlamaq
• Gəlirlərin analizlərini aparmaq, yaranan problemləri vaxtında aradan qaldırmaq və ya rəhbərliyə məlumat vermək
• Mühasibat uçotu ilə bağlı sənəd dövriyyəsini təşkil etmək və sənədləşməni düzgün aparmaq
• Aylıq olaraq struktur üzrə qoyulan hədəflərə çatılmasına nəzarət etmək
• Müqavilə şərtləri üzrə bonusların proqnoz və simulyasiyasını həyata keçirmək
İş qrafiki: 5 günlük, 09:00- 18:00
Tələblər
- Ali təhsil (Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat üzrə)
- Müvafiq sahədə 2 il iş təcrübəsi(Pərakəndə satış (Retail), FMCG və ya distribusiya sektorunda təcrübə üstünlük hesab olunur)
- MS Office proqramlarında (xüsusilə Excel) yaxşı səviyyədə işləmə bacarığı
- ERP sistemləri (SAP, Logo, və ya analoji platformalar) ilə işləmək bacarığı
- ACCA F3/FA üzrə bilik və ya sertifikat (üstünlükdür)
- Analitik düşünmə, məsuliyyətli yanaşma və detallara diqqət
- Vakansiya növü - Tam ştat
- İmtiyazlar
- Nahar təminatı
- Nəqliyyat xidməti
- Təlim İmkanları
- Karyera yüksəlişi
- Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.