Vacancies
OM

Gəlirlər üzrə aparıcı mühasib

OBA marketlər şəbəkəsi

Təsvir

• Ticari kontragentlər üzrə verilmiş bonus gəlirlərinin hesablanmasını və sistemə inteqrasiyasını həyata keçirmək

• Hesablanmış bonusların müvafiq olaraq müqavilə və ya təsdiq maili ilə üzləşdirmək və nəzarətdə saxlamaq

• Şirkət gəlirlərinin (tədarükçü bonusları) şöbələr, kateqoriyalar və projelər üzrə bölgüsünü və uçotunu aparmaq

• Gəlirlərin təsdiq sənədləri və müqavilələri aidiyyəti strukturlardan qəbul etmək, yoxlamaq və qarşılıqlı üzləşmək

• Gəlirləri icra tarixlərinə uyğun olaraq aylar üzrə sistemdə düzgün əks etdirmək

• Kontragentlər ilə debitor üzləşmələri aparmaq

• Hesablar üzrə qalıqların düzgünlüyünə nəzarət etmək.

• Gündəlik debitor borc yaşlanmasını izləmək və yığımları kontrolda saxlamaq

• Gəlirlərin analizlərini aparmaq, yaranan problemləri vaxtında aradan qaldırmaq və ya rəhbərliyə məlumat vermək

• Mühasibat uçotu ilə bağlı sənəd dövriyyəsini təşkil etmək və sənədləşməni düzgün aparmaq

• Aylıq olaraq struktur üzrə qoyulan hədəflərə çatılmasına nəzarət etmək

• Müqavilə şərtləri üzrə bonusların proqnoz və simulyasiyasını həyata keçirmək

İş qrafiki: 5 günlük, 09:00- 18:00

Requirements

  • Ali təhsil (Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat üzrə)
  • Müvafiq sahədə 2 il iş təcrübəsi(Pərakəndə satış (Retail), FMCG və ya distribusiya sektorunda təcrübə üstünlük hesab olunur)
  • MS Office proqramlarında (xüsusilə Excel) yaxşı səviyyədə işləmə bacarığı
  • ERP sistemləri (SAP, Logo, və ya analoji platformalar) ilə işləmək bacarığı
  • ACCA F3/FA üzrə bilik və ya sertifikat (üstünlükdür)
  • Analitik düşünmə, məsuliyyətli yanaşma və detallara diqqət
  • Vakansiya növü - Tam ştat
  • İmtiyazlar
  • Nahar təminatı
  • Nəqliyyat xidməti
  • Təlim İmkanları
  • Karyera yüksəlişi
  • Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Back