Vakansiyalar
GL

HR Mütəxəssis (Payroll)

Glassica

İş şəraiti

• Əmək haqqı: 1000–1200 AZN

• İş qrafiki: Tam iş günü

• İş yeri: Sumqayıt şəhəri

Əsas vəzifə öhdəlikləri

• Əmək haqqının hesablanması;

• Əmək haqqından tutulmaların düzgün hesablanması;

• Məzuniyyət, xəstəlik vərəqəsi, ezamiyyət və digər ödənişlərin hesablanması;

• Əmək müqavilələrinin hazırlanması, dəyişdirilməsi və xitam proseslərinin aparılması;

• ƏMAS sistemində müvafiq əməliyyatların həyata keçirilməsi;

• İşə qəbul və işdən azad edilmə proseslərinin idarə olunması;

• İşçilərin şəxsi işlərinin və HR sənədlərinin aparılması;

• HR və əmək haqqı üzrə hesabatların hazırlanması;

• Əmək qanunvericiliyinin tələblərinə uyğun HR proseslərinin həyata keçirilməsi.

• 1C proqramında əməliyyatların icra edilməsi.

Tələblər

  • HR sahəsində minimum 2 il iş təcrübəsi;
  • Payroll və əmək haqqının hesablanması üzrə praktiki bilik;
  • Əmək qanunvericiliyi üzrə əsas biliklər;
  • ƏMAS sistemindən istifadə bacarığı;
  • MS Excel proqramında işləmə bacarığı;
  • Məsuliyyətli və diqqətli olmaq;
  • Analitik düşünmə və rəqəmlərlə işləmə bacarığı;
  • Komandada işləmək bacarığı.
  • Şirkət təklif edir:
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Servis xidməti;
  • Nahar əvəzi ödəniş.
  • Maraqlanan namizədlərdən e-poçtun mövzu hissəsində “HR Mütəxəssis (Payroll)” qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur
Geri