İnzibati işlər üzrə mütəxəssis (Reception)
İş şəraiti
• İş yeri: “Atlasgroup ” MMC
• Ünvan: Səbail rayonu Salyan şosesi 14, 4 F.
• İş qrafiki: 5 gün, 08:30-dan 17:30-dək
• İstirahət günləri: şənbə-bazar günləri
• İşçi Azərbaycan Respublikası ƏM uyğun olararaq işə qəbul olunacaq
Əsas Öhdəliklər:
• Daxil olan zənglərin və elektron ünvana gələn məktubların, sorğuların vaxtında cavablandırılması, yönləndirilməsi, lazımi qeydlərin aparılması və aidiyyatı şəxslərə çatdırılması
• Müəssisənin fəaliyyəti ilə əlaqədar rəhbərliyin göstərişi ilə məktubların və digər lazım olan sənədlərin layihələrinin hazırlanması Müəssisə daxili toplantı və iclaslarının keçirilməsi təşkili və protokolların tərtib edilməsi
• Ofis daxili idarəetmə işlərinin yüksək səviyyədə yerinə yetirilməsi
• Rəhbərliyin tapşırıqlarının vaxtında və düzgün yerinə yetirilməsi
• Şirkətə gələn qonaqların qarşılanması və yönləndirilməsi, iş görüşlərinin təşkili, hava və dəmiryolu biletlərinin sifarişi, mehmanxana və otellərin rezervasiyası,viza məsələlərinin təşkil edilməsi və nəzarətdə saxlanması
• Şirkətdaxili nizam-intizam qaydalarına riayət etmək və riayət olunmasına nəzarət
• İşlə əlaqədar lazımi şirkətlərlə əlaqələrin yaradılması
• Ofis daxili aylıq dəftərxana və təsərrüfat mallarının sifarişi
• Şirkətə daxil olan tenderlərin və digər sorğuların cavablandırılması.
Tələblər
- Ali təhsil
- Azərbaycan, İngilis, Rus dillərini bilən və danışan.
- Kompüter biliyi: MS Office, MS Excel, 1C, Adobe Acrobat proqramlarında sərbəst işləmək
- Oxşar sahədə iş təcrübəsi olanlara üstünlük veriləcək
- İdarəetmə bacarığı
- Məsuliyyət və dəqiqlik
- Yüksək şifahi və yazılı ünsiyyət bacarığı
- Planlaşdırma və təşkilat
- Müraciət üçün CV-i Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Xahiş edirik müraciət zamanı mövzu hissəsində vəzifənin adını qeyd edəsiniz.