İqtisadi təhlil və planlama üzrə böyük mütəxəssis
Əmək funksiyaları:
• Müvafiq layihələr üzrə iqtisadi məlumatların toplanmasını, emalını və sistemləşdirilməsini həyata keçirmək;
• Toplanmış məlumatlar əsasında iqtisadi təhlillər, proqnozlar və qiymətləndirmələr hazırlamaq;
• Hazırlanmış layihələrin sosial-iqtisadi təsirlərini təhlil etmək;
• Strateji sənədlərin, proqramların və fəaliyyət planlarının hazırlanması üçün iqtisadi təhlillər və məlumatlar təqdim etmək;
• İqtisadi göstəricilər üzrə analitik hesabatlar, arayışlar və təqdimat materialları hazırlamaq;
• Rəsmi statistik məlumatları və digər məlumat bazalarını təhlil etmək, nəticələri ümumiləşdirmək;
• Şöbənin fəaliyyət istiqaməti üzrə normativ hüquqi aktların, strateji sənədlərin və beynəlxalq təcrübənin iqtisadi aspektlərini təhlil etmək.
Vəzifənin tutulması şərtləri:
• Təhsil: İqtisadiyyat ixtisası üzrə bakalavr və ya magistr dərəcəsi;
• İş stajı: ən azı 3 il müvafiq sahədə;
• Kompüter bilikləri: Microsoft Office (xüsusilə Excel) və Power BI, Python və ya Stata proqramlarından biri üzrə orta səviyyədə biliklər;
• Dil bilikləri: İngilis dili (mütləq), rus dili biliyi üstünlükdür;
• İqtisadi proqnozlaşdırma, statistik və ekonometrik təhlil metodları, analitik hesabatların hazırlanması, məlumatların vizuallaşdırılması, mikroiqtisadiyyat və makroiqtisadiyyat üzrə biliklər;
• İqtisadi məlumatların müxtəlif mənbələrdən toplanması, emalı və sistemləşdirilməsi bacarığı;
• İqtisadi göstəricilərin təhlili və interpretasiyası bacarığı;
• İqtisadi proqnozların hazırlanması bacarığı;
• Analitik hesabat və arayışların hazırlanması bacarığı.
İş barədə məlumat:
• İş yeri: Bakı şəhəri;
• Əmək haqqı müsahibə əsasında razılıq yolu ilə.
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz və əmək haqqı gözləntinizi qeyd etməyiniz xahiş olunur.