Vakansiyalar
LD

Kassir

Laliga Dining and Lounge

Əsas öhdəlikləri:

• Ödənişləri (nağd və POS-terminal vasitəsilə) dəqiq şəkildə qəbul etmək;

• Müştəri sifarişlərini sistemə operativ və düzgün şəkildə daxil etmək;

• Qalıq məbləğ, endirim və aksiyalar üzrə hesablamaları dəqiq aparmaq;

• Qüsurlu qəbz, qaytarma və dəyişmə əməliyyatlarının qaydalara uyğun işlənməsi;

• Nağd pulun və ödəniş vasitələrinin təhlükəsizliyini təmin etmək;

• Şübhəli ödənişlər və saxta pullarla bağlı qaydalara uyğun hərəkət etmək

• Kassadakı əməliyyatların gündəlik qeydiyyatını aparmaq və hesabat hazırlamaq;

Kvalifikasiya tələbləri:

• Təhsil: Ali və ya orta ixtisas (maliyyə, mühasibatlıq və ya xidmət sahəsi üzrə təhsil üstünlükdür);

• İş təcrübəsi: Kassir vəzifəsində minimum 3 il iş təcrübəsi.

Tələb olunan bilik və bacarıqlar:

• POS-terminal və kassa proqramları üzrə biliklər;

• MS Excel-də işləmə bacarığı;

• Rəqəmlərlə işləmədə dəqiqlik və sürət;

• Məsuliyyətlilik;

• Dürüstlük və diqqətlilik;

• Gülərüz və nəzakətli davranış,

• Stres altında işləmək bacarığı;

• Azərbaycan dilində sərbəst danışıq (rus dili biliyi üstünlükdür);

•  Etik davranış normalarına uyğunluq.

Təklif edirik:

• Əmək haqqı: 700 Azn + servis haqqı

• Gecə növbəsi;

• Karyera inkişaf imkanı;

• Gənc və dinamik komanda;

• Peşəkar aşpazlarımız tərəfindən hazırlanmış nahar;

• Rahat və əyləncəli iş mühiti.

Ünvan: Elmlər Akademiyası ərazisi.

Tələblərə uyğun namizədlər CV-ni “Kassir” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya 070 751 51 80 / 050 574 41 92 nömrəsinə göndərə bilərlər.

Geri