Kassir
Əsas öhdəlikləri:
• Ödənişləri (nağd və POS-terminal vasitəsilə) dəqiq şəkildə qəbul etmək;
• Müştəri sifarişlərini sistemə operativ və düzgün şəkildə daxil etmək;
• Qalıq məbləğ, endirim və aksiyalar üzrə hesablamaları dəqiq aparmaq;
• Qüsurlu qəbz, qaytarma və dəyişmə əməliyyatlarının qaydalara uyğun işlənməsi;
• Nağd pulun və ödəniş vasitələrinin təhlükəsizliyini təmin etmək;
• Şübhəli ödənişlər və saxta pullarla bağlı qaydalara uyğun hərəkət etmək
• Kassadakı əməliyyatların gündəlik qeydiyyatını aparmaq və hesabat hazırlamaq;
Kvalifikasiya tələbləri:
• Təhsil: Ali və ya orta ixtisas (maliyyə, mühasibatlıq və ya xidmət sahəsi üzrə təhsil üstünlükdür);
• İş təcrübəsi: Kassir vəzifəsində minimum 3 il iş təcrübəsi.
Tələb olunan bilik və bacarıqlar:
• POS-terminal və kassa proqramları üzrə biliklər;
• MS Excel-də işləmə bacarığı;
• Rəqəmlərlə işləmədə dəqiqlik və sürət;
• Məsuliyyətlilik;
• Dürüstlük və diqqətlilik;
• Gülərüz və nəzakətli davranış,
• Stres altında işləmək bacarığı;
• Azərbaycan dilində sərbəst danışıq (rus dili biliyi üstünlükdür);
• Etik davranış normalarına uyğunluq.
Təklif edirik:
• Əmək haqqı: 700 Azn + servis haqqı
• Gecə növbəsi;
• Karyera inkişaf imkanı;
• Gənc və dinamik komanda;
• Peşəkar aşpazlarımız tərəfindən hazırlanmış nahar;
• Rahat və əyləncəli iş mühiti.
Ünvan: Elmlər Akademiyası ərazisi.
Tələblərə uyğun namizədlər CV-ni “Kassir” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya 070 751 51 80 / 050 574 41 92 nömrəsinə göndərə bilərlər.