Vakansiyalar
GA

Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis

Grand Agro MMC

Təsvir

• Badam nümunələrinin müəyyən edilmiş qaydalara uyğun götürülməsi;

• Qəbul edilən badam üzrə müvafiq analizlərin aparılması;

• İstehsal prosesinə keyfiyyət göstəriciləri üzrə nəzarətin həyata keçirilməsi;

• Analiz nəticələrinin müvafiq standart və tələblərə uyğunluğunun yoxlanılması;

• Keyfiyyət göstəricilərinin qeydiyyatının aparılması;

• Rutin hesabatların hazırlanması;

• Aşkar edilmiş uyğunsuzluqlar barədə hesabatların hazırlanması və rəhbərin məlumatlandırılması.

Tələblər

  • Ali təhsil – Qida mühəndisliyi, Kimya, Biologiya, Standartlaşdırma və sertifikatlaşdırma və ya uyğun ixtisaslar;
  • Keyfiyyətə nəzarət və ya qida istehsalı sahəsində minimum 1 il iş təcrübəsi ;
  • Qida məhsullarının keyfiyyət göstəriciləri və analizləri barədə ilkin biliklər;
  • Nümunəgötürmə və analiz prosesləri üzrə anlayış;
  • ISO 9001, ISO 22000, HACCP və qida təhlükəsizliyi standartları üzrə biliklərin olması üstünlükdür;
  • Vakansiya növü - Tam ştat
  • İmtiyazlar
  • Nahar təminatı
  • Peşəkar inkişaf imkanları və təlimlər (yerli və xarici)
  • Servislə təmin olunur
  • Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
  • Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Geri