Keyfiyyətə Nəzarət üzrə mütəxəssis (Meyvə-tərəvəz üzrə)
Əsas vəzifə öhdəlikləri:
• Meyvə və tərəvəz məhsullarının qəbul zamanı keyfiyyət yoxlanışının aparılması;
• Məhsulların sifarişlərə uyğun çeşidlənməsi və göndərişə hazırlanmasına nəzarət;
• Vizual və orqanoleptik yoxlamaların həyata keçirilməsi;
• Aşkarlanmış uyğunsuzluqların qeydə alınması, sənədləşdirilməsi və aidiyyatı şəxslərə bildirilməsi;
• Yararsız məhsullar barədə dərhal rəhbərliyə məlumat verilməsi;
• Müştəri şikayətləri və geri qaytarılan məhsullar üzrə yoxlama aparılması, səbəb-nəticə təhlilinin həyata keçirilməsi;
• Saxlanma şəraitinə (temperatur, rütubət) nəzarət və müvafiq qeydlərin aparılması;
• Anbar sahəsində düzgün yerləşdirmə və məhsul dövriyyəsinə nəzarət;
• Qablaşdırmanın bütövlüyünün və markalanmanın düzgünlüyünün yoxlanılması;
• Keyfiyyət qeydlərinin aparılması, təhlili və mütəmadi hesabatların hazırlanması;
• Təchizatçılar və daxili komandalarla operativ koordinasiyanın təmin edilməsi;
• Qida təhlükəsizliyi və sanitar-gigiyena tələblərinə əməl olunmasına nəzarət;
• Keyfiyyət prosedurlarının tətbiqində iştirak;
• Zərurət yarandıqda anbar yoxlamalarının aparılması.
Tələb olunan bilik və bacarıqlar:
• Qida təhlükəsizliyi üzrə baza biliklər (HACCP, sanitar-gigiyena qaydaları);
• Meyvə-tərəvəz məhsulları üzrə ümumi biliklər;
• MS Office proqramlarında işləmə bacarığı
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
• Ali və ya orta ixtisas(Aqronomluq, qida mühəndisliyi, qida texnologiyası və ya əlaqəli sahə üzrə);
• Meyvə-tərəvəz məhsulları üzrə keyfiyyətə nəzarət və ya qəbul yoxlaması sahəsində 1–3 il iş təcrübəsi.
İş şərtlərimiz:
• İş qrafiki: Tam iş günü (5 gün);
• İş saatları: 10:00-19:00;
• İş yeri: Qaradağ rayonu,Xocasən küçəsi 57/11,Meyvəli ticarət mərkəzi.
Biz nə təklif edirik:
• Əmək bazarında rəqabətli əməkhaqqı;
• Peşəkar komanda mühiti;
• Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Keyfiyyətə Nəzarət üzrə mütəxəssis (Meyvə-tərəvəz üzrə)” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.