Vacancies
TS

Keyfiyyətə Nəzarət üzrə mütəxəssis (Meyvə-tərəvəz üzrə)

Tam Store

Əsas vəzifə öhdəlikləri:

• Meyvə və tərəvəz məhsullarının qəbul zamanı keyfiyyət yoxlanışının aparılması;

• Məhsulların sifarişlərə uyğun çeşidlənməsi və göndərişə hazırlanmasına nəzarət;

• Vizual və orqanoleptik yoxlamaların həyata keçirilməsi;

• Aşkarlanmış uyğunsuzluqların qeydə alınması, sənədləşdirilməsi və aidiyyatı şəxslərə bildirilməsi;

• Yararsız məhsullar barədə dərhal rəhbərliyə məlumat verilməsi;

• Müştəri şikayətləri və geri qaytarılan məhsullar üzrə yoxlama aparılması, səbəb-nəticə təhlilinin həyata keçirilməsi;

• Saxlanma şəraitinə (temperatur, rütubət) nəzarət və müvafiq qeydlərin aparılması;

• Anbar sahəsində düzgün yerləşdirmə və məhsul dövriyyəsinə nəzarət;

• Qablaşdırmanın bütövlüyünün və markalanmanın düzgünlüyünün yoxlanılması;

• Keyfiyyət qeydlərinin aparılması, təhlili və mütəmadi hesabatların hazırlanması;

• Təchizatçılar və daxili komandalarla operativ koordinasiyanın təmin edilməsi;

• Qida təhlükəsizliyi və sanitar-gigiyena tələblərinə əməl olunmasına nəzarət;

• Keyfiyyət prosedurlarının tətbiqində iştirak;

• Zərurət yarandıqda anbar yoxlamalarının aparılması.

Tələb olunan bilik və bacarıqlar:

• Qida təhlükəsizliyi üzrə baza biliklər (HACCP, sanitar-gigiyena qaydaları);

• Meyvə-tərəvəz məhsulları üzrə ümumi biliklər;

• MS Office proqramlarında işləmə bacarığı

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

• Ali və ya orta ixtisas(Aqronomluq, qida mühəndisliyi, qida texnologiyası və ya əlaqəli sahə üzrə);

• Meyvə-tərəvəz məhsulları üzrə keyfiyyətə nəzarət və ya qəbul yoxlaması sahəsində 1–3 il iş təcrübəsi.

İş şərtlərimiz:

• İş qrafiki: Tam iş günü (5 gün);

• İş saatları: 10:00-19:00;

• İş yeri: Qaradağ rayonu,Xocasən küçəsi 57/11,Meyvəli ticarət mərkəzi.

Biz nə təklif edirik:

• Əmək bazarında rəqabətli əməkhaqqı;

• Peşəkar komanda mühiti;

• Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Keyfiyyətə Nəzarət üzrə mütəxəssis (Meyvə-tərəvəz üzrə)” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Back
TS
Keyfiyyətə Nəzarət üzrə mütəxəssis (Meyvə-tərəvəz üzrə)
Tam Store
Apply Now
Posted: 25 August 2026
Deadline: 25 September 2026
Company Tam Store
Source ID 149398
Views

Detail.Share