Konstruktor Satıcı (Korporativ Satış üzrə Mütəxəssis — Texniki Profil)
Vəzifənin təsviri:
• Namizəd həm korporativ satış funksiyasını yerinə yetirəcək, həm də iş prosesində qəliblərin quraşdırılması, sökülməsi və texniki tətbiqi üzrə təlim alaraq məhsul üzrə dərin texniki bilik qazanacaq. Bu profil (satış + texniki tətbiq bilgisi) Azərbaycan bazarı üçün nisbətən yeni formatdır və namizədə uzunmüddətli perspektiv təqdim edir.
Əsas vəzifə öhdəlikləri:
• Tikinti və layihə sektorunda potensial korporativ müştərilərin axtarışı və əlaqələrin qurulması
• Rəhbərliyin tapşırıqları əsasında müştəri görüşlərində iştirak və danışıqların aparılması
• Əməkdaşlıq potensialı olan şəxs və şirkətlərin müəyyən edilməsi və cəlb edilməsi
• Kommersiya təkliflərinin hazırlanması, təqdim edilməsi və izlənməsi (follow-up)
• Müqavilə şərtlərinin razılaşdırılması və sənədləşmə prosesində iştirak
• Qəliblərin (formwork) texniki xüsusiyyətlərinin, quraşdırılma və sökülmə qaydalarının öyrənilməsi — məhsul üzrə təlimlərdə iştirak
• Müştərilərə məhsulun texniki tətbiqi barədə ilkin məsləhətin verilməsi
• Bazar və rəqib fəaliyyəti barədə məlumatların toplanması və rəhbərliyə hesabat verilməsi
Tələblər
- Yüksək satış bacarığı və danışıqlar aparma qabiliyyəti
- Tikinti/layihə sektorunda real müştəri bazasının olması mütləqdir
- Rus dili mütləq
- Texniki mövzuları öyrənməyə açıq olmaq, öyrənmə qabiliyyəti
- Nəticəyönümlülük, təşəbbüskarlıq, komanda ilə işləmək bacarığı
- İş yeri: Bakı ofisi, (əlavə olaraq görüşlər və tikinti/layihə ərazilərinə ezamiyyət bakıda)
- Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.