OB
Kontent üzrə mütəxəssis
Olivia Beauty & Care
Təsvir
• Mövcud kampaniyaların kreativ formada işıqlandırılması üçün ideyaların hazırlanması;
• Sosial media və digər kommunikasiya kanalları üçün kreativ kontent ideyalarının hazırlanması;
• Aktual trendlərin izlənilməsi və brendə uyğun şəkildə adaptasiya edilməsi;
• İnformativ kontentin fərqli, kreativ və cəlbedici formatlarda təqdim olunması üçün ideyaların verilməsi;
• Sosial şəbəkələr üçün fun, trend və info formatlarında kontent ideyalarının hazırlanması;
• Kreativ konsept və kommunikasiya ideyalarının hazırlanması;
• Kontent istehsalı prosesində aktiv iştirak və yaradıcı istiqamətin formalaşdırılmasına dəstək göstərilməsi.
Tələblər
- Kreativ sahədə ən azı 2 il iş təcrübəsi;
- Portfolio təqdim edə bilməsi;
- Güclü yaradıcılıq və ideya yaratmaq bacarığı;
- Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət qabiliyyəti;
- Komanda ilə işləmək bacarığı;
- Sosial media trendlərini və aktual kontent formatlarını yaxından izləmək;
- Namizədə dair gözlənti
- Kreativ düşünən, trendləri izləməklə kifayətlənməyib onları brend üçün yeni və fərqli formalarda tətbiq edə bilən, ideyasını əsaslandıra və komanda ilə birlikdə həyata keçirə bilən namizəd axtarırıq.
- Sən də bizim komanda üzvü olmaq istəyirsənsə sadəcə Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərsən.