AP
Korporativ Satış nümayəndəsi
AK Pack MMC
Tələblər
- Ali təhsil (Bakalavr dərəcəsi);
- MS Office proqramları üzrə biliklər (işləmək bacarığı);
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Sumqayıt şəhərində yaşayan namizədlərə üstünlük veriləcək.
- Əsas vəzifə və öhdəliklər:
- B2B və korporativ satış sahəsində minimum 1-3 il iş təcrübəsi.
- İstehsalat və satış proseslərinin koordinasiyasını idarə edə bilmək.
- Satış aktları və müqavilələrlə işləmək bacarığı.
- Əsas bazar tendensiyalarını və müştərilərin ehtiyaclarını öyrənmək;
- Satış hədəflərinin müəyyən edilməsi və nəticələrin davamlı izlənilməsi;
- Potensial müştərilərlə görüşlərin təşkili, təqdimatların keçirilməsi və kommersiya danışıqlarının aparılması;
- İşgüzar yazışma və sənədləşmə standartlarını bilmək və peşəkar ünsiyyət.
- Alqı-satqı, xidmət müqavilələri və satış aktlarını tələblərə uyğun hazırlamaq, təsdiqə təqdim etmək.
- Müştəri şikayətlərini dinləmək, qeydiyyata almaq və operativ həll olunması üçün rəhbərliyə təqdim etmək.
- Gecikən sifarişlərlə bağlı müştərilərlə əlaqə yaradaraq səbəbləri araşdırmaq və həll yolları təklif etmək.
- Korporativ müştərilərlə zəng vasitəsilə mütəmadi əlaqə saxlamaq, xidmət və ya məhsullar haqqında rəylər (feedback) toplayaraq müştəri məmnuniyyətini nəzarətdə saxlamaq.
- İstehsalat və satış şöbələri arasında operativ əlaqəni saxlayaraq proseslərin ardıcıllığını və vaxtında icrasını təmin etmək.
- Müştərilərdən e-poçt vasitəsilə daxil olan sifarişləri qəbul etmək, detallı analiz edib yoxlamaq, təsdiqləmək və istehsalata yönləndirmək.
- Gec sifariş verən müştərilərlə əlaqə yaradaraq gecikmənin səbəblərini araşdırmaq və öyrənmək;
- Müştərilərin hər hansı şikayətləri olduqda onları dinləmək, qeydiyyata almaq və operativ şəkildə rəhbərliyə təqdim etmək;
- Aylıq, rüblük və illik hesabatların hazırlamaq və təqdim etmək
- İş şəraiti:
- İş yeri: Sumqayıt Kimya Sənaye parkı;
- İş qrafiki: həftə içi 5 gün (09:00-18:00);
- Nahar şirkət tərəfindən təmin edilir;
- Korporativ mobil nömrə;
- Servis xidməti (Sumqayıt şəhəri).
- Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Korporativ Satış nümayəndəsi” adını mövzu hissədə qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.