Vacancies
AP

Korporativ Satış nümayəndəsi

AK Pack MMC

Requirements

  • Ali təhsil (Bakalavr dərəcəsi);
  • MS Office proqramları üzrə biliklər (işləmək bacarığı);
  • Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Sumqayıt şəhərində yaşayan namizədlərə üstünlük veriləcək.
  • Əsas vəzifə və öhdəliklər:
  • B2B və korporativ satış sahəsində minimum 1-3 il iş təcrübəsi.
  • İstehsalat və satış proseslərinin koordinasiyasını idarə edə bilmək.
  • Satış aktları və müqavilələrlə işləmək bacarığı.
  • Əsas bazar tendensiyalarını və müştərilərin ehtiyaclarını öyrənmək;
  • Satış hədəflərinin müəyyən edilməsi və nəticələrin davamlı izlənilməsi;
  • Potensial müştərilərlə görüşlərin təşkili, təqdimatların keçirilməsi və kommersiya danışıqlarının aparılması;
  • İşgüzar yazışma və sənədləşmə standartlarını bilmək və peşəkar ünsiyyət.
  • Alqı-satqı, xidmət müqavilələri və satış aktlarını tələblərə uyğun hazırlamaq, təsdiqə təqdim etmək.
  • Müştəri şikayətlərini dinləmək, qeydiyyata almaq və operativ həll olunması üçün rəhbərliyə təqdim etmək.
  • Gecikən sifarişlərlə bağlı müştərilərlə əlaqə yaradaraq səbəbləri araşdırmaq və həll yolları təklif etmək.
  • Korporativ müştərilərlə zəng vasitəsilə mütəmadi əlaqə saxlamaq, xidmət və ya məhsullar haqqında rəylər (feedback) toplayaraq müştəri məmnuniyyətini nəzarətdə saxlamaq.
  • İstehsalat və satış şöbələri arasında operativ əlaqəni saxlayaraq proseslərin ardıcıllığını və vaxtında icrasını təmin etmək.
  • Müştərilərdən e-poçt vasitəsilə daxil olan sifarişləri qəbul etmək, detallı analiz edib yoxlamaq, təsdiqləmək və istehsalata yönləndirmək.
  • Gec sifariş verən müştərilərlə əlaqə yaradaraq gecikmənin səbəblərini araşdırmaq və öyrənmək;
  • Müştərilərin hər hansı şikayətləri olduqda onları dinləmək, qeydiyyata almaq və operativ şəkildə rəhbərliyə təqdim etmək;
  • Aylıq, rüblük və illik hesabatların hazırlamaq və təqdim etmək
  • İş şəraiti:
  • İş yeri: Sumqayıt Kimya Sənaye parkı;
  • İş qrafiki: həftə içi 5 gün (09:00-18:00);
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Korporativ mobil nömrə;
  • Servis xidməti (Sumqayıt şəhəri).
  • Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Korporativ Satış nümayəndəsi” adını mövzu hissədə qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Back