CM
Laboratoriya mühəndisi (Qrunt və Beton Sınaqları)
Caspensol MMC
İnşaat və geotexnika sahəsində təcrübəli Laboratoriya mühəndisi axtarılır.
Tələblər
- İnşaat, geotexnika və ya müvafiq mühəndislik ixtisası üzrə ali təhsil;
- Qrunt və beton laboratoriya sınaqları üzrə iş təcrübəsi;
- Ələk analizi, Proctor, CBR və Sand Cone testlərini bilmək və icra etmək;
- Beton slump və temperatur ölçmələrini aparmaq;
- Beton kub nümunələrinin hazırlanması və sıxılma testlərini həyata keçirmək;
- Aqreqat testləri üzrə bilik;
- ASTM, AASHTO, BS və EN standartları ilə işləmək bacarığı;
- Hesabatların hazırlanması və test nəticələrinin təhlili;
- MS Office proqramlarında işləmək bacarığı;
- Məsuliyyətli, dəqiq və komandada işləmə bacarığı.
- Əsas vəzifələr:
- Qrunt və beton materiallarının laboratoriya və sahə sınaqlarını aparmaq;
- Test nəticələrini müvafiq standartlara uyğun qiymətləndirmək;
- Gündəlik və yekun hesabatları hazırlamaq;
- Keyfiyyətə nəzarət prosesində iştirak etmək;
- Laboratoriya avadanlıqlarından düzgün və təhlükəsiz istifadəni təmin etmək.
Niyə biz?
- Rəqabətli əməkhaqqı
- Peşəkar inkişaf imkanı
- İş rejimi: 6 günlük iş həftəsi.
- Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Laboratoriya mühəndisi” qeyd Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.