Vakansiyalar
OM

Layihələrin idarə olunması üzrə mütəxəssis

OBA marketlər şəbəkəsi

Təsvir

• Şirkətin layihələrinin, yeni mağaza açılışlarının və digər əməliyyat fəaliyyətlərinin planlaşdırılması və icra qrafiklərinin hazırlanmasını təmin etmək;

• Layihələrin icra mərhələləri üzrə ətraflı iş planları (timeline), resurs planları və fəaliyyət cədvəllərini hazırlamaq və yeniləmək;

• Layihələrin icra vəziyyətini mütəmadi izləmək, plan və fakt göstəricilərini müqayisə etmək və kənarlaşmaları analiz etmək;

• Gecikmə, resurs çatışmazlığı və digər layihə risklərini əvvəlcədən müəyyənləşdirmək, preventiv tədbirlər planı hazırlamaq və icrasına nəzarət etmək;

• Təchizat, tikinti, əməliyyat, logistika, satınalma və digər aidiyyəti struktur bölmələr arasında effektiv koordinasiyanı təmin etmək

• Resurslardan istifadənin səmərəliliyini qiymətləndirmək və optimallaşdırılması üzrə təkliflər hazırlamaq;;

• Layihələrin icrası ilə bağlı analitik hesabatlar, dashboardlar, təqdimatlar və idarəetmə qərarlarının qəbulunu dəstəkləyən məlumatlar hazırlamaq;

• Müxtəlif layihələrin prioritetləşdirilməsində iştirak etmək və resurs bölgüsünün optimallaşdırılmasını təmin etmək;

• Layihə sənədlərinin hazırlanmasını, yenilənməsini və arxivləşdirilməsini təmin etmək;

• Planlaşdırma proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər vermək və proseslərin optimallaşdırılmasında iştirak etmək;

Tələblər

  • Ali təhsil (Layihələrin idarə olunması, Sənaye mühəndisliyi, Biznesin idarə edilməsi, İqtisadiyyat, Logistika və ya digər uyğun ixtisaslar üzrə);
  • Planlama, layihələrin idarə olunması, əməliyyatların koordinasiyası sahəsində minimum 1 il iş təcrübəsi;
  • Excel proqramını yüksək səviyyədə bilmək
  • Microsoft PowerPoint proqramında peşəkar təqdimatlar hazırlamaq bacarığı;
  • Məlumatların təhlili, KPI-lərin hazırlanması və hesabatların təqdim edilməsi sahəsində təcrübə;
  • Vaxtın idarə olunması, prioritetlərin düzgün müəyyənləşdirilməsi və çoxsaylı layihələrin paralel idarə olunması bacarığı;
  • Güclü ünsiyyət, koordinasiya və təqdimat bacarıqları;
  • Azərbaycan dilini sərbəst, ingilis dilini isə orta və ya yaxşı səviyyədə bilmək üstünlükdür.
  • Vakansiya növü - Tam ştat
  • İmtiyazlar
  • Nahar təminatı
  • Servis ximdəti
  • Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Geri
OM
Layihələrin idarə olunması üzrə mütəxəssis
OBA marketlər şəbəkəsi
Müraciət et
Elan tarixi: 31 iyul 2026
Son müraciət: 31 avqust 2026
Mənbə ID 147311
Baxış

Detail.Share