Layihələrin idarə olunması üzrə mütəxəssis
Təsvir
• Şirkətin layihələrinin, yeni mağaza açılışlarının və digər əməliyyat fəaliyyətlərinin planlaşdırılması və icra qrafiklərinin hazırlanmasını təmin etmək;
• Layihələrin icra mərhələləri üzrə ətraflı iş planları (timeline), resurs planları və fəaliyyət cədvəllərini hazırlamaq və yeniləmək;
• Layihələrin icra vəziyyətini mütəmadi izləmək, plan və fakt göstəricilərini müqayisə etmək və kənarlaşmaları analiz etmək;
• Gecikmə, resurs çatışmazlığı və digər layihə risklərini əvvəlcədən müəyyənləşdirmək, preventiv tədbirlər planı hazırlamaq və icrasına nəzarət etmək;
• Təchizat, tikinti, əməliyyat, logistika, satınalma və digər aidiyyəti struktur bölmələr arasında effektiv koordinasiyanı təmin etmək
• Resurslardan istifadənin səmərəliliyini qiymətləndirmək və optimallaşdırılması üzrə təkliflər hazırlamaq;;
• Layihələrin icrası ilə bağlı analitik hesabatlar, dashboardlar, təqdimatlar və idarəetmə qərarlarının qəbulunu dəstəkləyən məlumatlar hazırlamaq;
• Müxtəlif layihələrin prioritetləşdirilməsində iştirak etmək və resurs bölgüsünün optimallaşdırılmasını təmin etmək;
• Layihə sənədlərinin hazırlanmasını, yenilənməsini və arxivləşdirilməsini təmin etmək;
• Planlaşdırma proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər vermək və proseslərin optimallaşdırılmasında iştirak etmək;
Requirements
- Ali təhsil (Layihələrin idarə olunması, Sənaye mühəndisliyi, Biznesin idarə edilməsi, İqtisadiyyat, Logistika və ya digər uyğun ixtisaslar üzrə);
- Planlama, layihələrin idarə olunması, əməliyyatların koordinasiyası sahəsində minimum 1 il iş təcrübəsi;
- Excel proqramını yüksək səviyyədə bilmək
- Microsoft PowerPoint proqramında peşəkar təqdimatlar hazırlamaq bacarığı;
- Məlumatların təhlili, KPI-lərin hazırlanması və hesabatların təqdim edilməsi sahəsində təcrübə;
- Vaxtın idarə olunması, prioritetlərin düzgün müəyyənləşdirilməsi və çoxsaylı layihələrin paralel idarə olunması bacarığı;
- Güclü ünsiyyət, koordinasiya və təqdimat bacarıqları;
- Azərbaycan dilini sərbəst, ingilis dilini isə orta və ya yaxşı səviyyədə bilmək üstünlükdür.
- Vakansiya növü - Tam ştat
- İmtiyazlar
- Nahar təminatı
- Servis ximdəti
- Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.