Maliyyə Rəhbəri
Şirkətimiz peşəkar və nəticəyönümlü komandamıza qoşulacaq Maliyyə Rəhbəri axtarır.
Əsas vəzifələr:
• Şirkətin maliyyə strategiyasının hazırlanması və həyata keçirilməsi;
• Maliyyə departamentinin fəaliyyətinin idarə edilməsi və koordinasiyası;
• Büdcənin hazırlanması, icrasına nəzarət və maliyyə planlaşdırılması;
• Gəlir, xərc, mənfəət və pul vəsaitlərinin hərəkətinin təhlili;
• Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasına nəzarət;
• Maliyyə risklərinin müəyyən edilməsi və onların minimallaşdırılması;
• Vergi, mühasibat və digər maliyyə proseslərinin qanunvericiliyə uyğun təşkilinə nəzarət;
• Debitor və kreditor borclarının idarə olunması;
• Şirkətin maliyyə göstəricilərinin təhlili və rəhbərliyə strateji hesabatların təqdim edilməsi;
• Xərclərin optimallaşdırılması və maliyyə səmərəliliyinin artırılması;
• Audit, bank, vergi və digər aidiyyəti qurumlarla maliyyə məsələləri üzrə əməkdaşlığın koordinasiyası;
• Maliyyə qərarlarının qəbulunda rəhbərliyə analitik dəstəyin göstərilməsi.
Tələblər
- Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli sahə üzrə ali təhsil. MBA, ACCA, CPA, CFA və ya digər beynəlxalq maliyyə sertifikatlarının olması üstünlükdür;
- Maliyyə idarəçiliyi sahəsində minimum 8-10 il iş təcrübəsi, o cümlədən ən azı 4-5 il rəhbər vəzifədə uğurlu təcrübə;
- Vergi qanunvericiliyi, maliyyə hesabatlılığı, audit, korporativ idarəetmə və uyğunluq (Compliance) tələbləri üzrə güclü biliklər
- Güclü liderlik və komanda idarəetmə bacarığı;
- Rəhbərliyə aydın və əsaslandırılmış maliyyə hesabatları təqdim etmək bacarığı.
- Şirkət tərəfindən:
- Rəqabətli əmək haqqı;
- Peşəkar və dinamik iş mühiti;
- Qərarvermə prosesində yüksək məsuliyyət və geniş səlahiyyət;
- İş şəraiti
- İş ünvanı: Ziya Bünyadov prospekti, Bakı
- İş qrafiki: 5 günlük
- Əmək haqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına əsasən müəyyən edilir.
- CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Maliyyə Rəhbəri” mövzusu ilə göndərməyiniz xahiş olunur.