Вакансии
AL

Maliyyə Rəhbəri

Azəriş LTD

Şirkətimiz peşəkar və nəticəyönümlü komandamıza qoşulacaq Maliyyə Rəhbəri axtarır.

Əsas vəzifələr:

• Şirkətin maliyyə strategiyasının hazırlanması və həyata keçirilməsi;

• Maliyyə departamentinin fəaliyyətinin idarə edilməsi və koordinasiyası;

• Büdcənin hazırlanması, icrasına nəzarət və maliyyə planlaşdırılması;

• Gəlir, xərc, mənfəət və pul vəsaitlərinin hərəkətinin təhlili;

• Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasına nəzarət;

• Maliyyə risklərinin müəyyən edilməsi və onların minimallaşdırılması;

• Vergi, mühasibat və digər maliyyə proseslərinin qanunvericiliyə uyğun təşkilinə nəzarət;

• Debitor və kreditor borclarının idarə olunması;

• Şirkətin maliyyə göstəricilərinin təhlili və rəhbərliyə strateji hesabatların təqdim edilməsi;

• Xərclərin optimallaşdırılması və maliyyə səmərəliliyinin artırılması;

• Audit, bank, vergi və digər aidiyyəti qurumlarla maliyyə məsələləri üzrə əməkdaşlığın koordinasiyası;

• Maliyyə qərarlarının qəbulunda rəhbərliyə analitik dəstəyin göstərilməsi.

Требования

  • Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli sahə üzrə ali təhsil. MBA, ACCA, CPA, CFA və ya digər beynəlxalq maliyyə sertifikatlarının olması üstünlükdür;
  • Maliyyə idarəçiliyi sahəsində minimum 8-10 il iş təcrübəsi, o cümlədən ən azı 4-5 il rəhbər vəzifədə uğurlu təcrübə;
  • Vergi qanunvericiliyi, maliyyə hesabatlılığı, audit, korporativ idarəetmə və uyğunluq (Compliance) tələbləri üzrə güclü biliklər
  • Güclü liderlik və komanda idarəetmə bacarığı;
  • Rəhbərliyə aydın və əsaslandırılmış maliyyə hesabatları təqdim etmək bacarığı.
  • Şirkət tərəfindən:
  • Rəqabətli əmək haqqı;
  • Peşəkar və dinamik iş mühiti;
  • Qərarvermə prosesində yüksək məsuliyyət və geniş səlahiyyət;
  • İş şəraiti
  • İş ünvanı: Ziya Bünyadov prospekti, Bakı
  • İş qrafiki: 5 günlük
  • Əmək haqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına əsasən müəyyən edilir.
  • CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Maliyyə Rəhbəri” mövzusu ilə göndərməyiniz xahiş olunur.
Назад
AL
Maliyyə Rəhbəri
Azəriş LTD
Откликнуться
Опубликовано: 17 августа 2026
Дедлайн: 17 сентября 2026
Компания Azəriş LTD
ID источника 148627
Просмотры 1

Detail.Share