Vakansiyalar
GG

Metallurgiya mühəndisi

GNC Group

İş şəraiti

• İş yeri: Ceyranbatan Qəsəbəsi

• İş rejimi: 6 günlük, saat 09:00 – 18:00

• Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.

Vəzifə öhdəlikləri

  • Metallurgiya və istehsalat proseslərinin təşkilində və idarə edilməsində iştirak etmək;
  • Metal və ərintilərin istehsalı və emalı proseslərinə texniki nəzarət etmək;
  • İstehsal proseslərinin texnoloji tələblərə və müəyyən edilmiş standartlara uyğunluğunu təmin etmək;
  • Xammalın, hazır məhsulun və istehsal prosesinin keyfiyyət göstəricilərinə nəzarət etmək;
  • İstehsalat zamanı yaranan texniki problemləri müəyyənləşdirmək və onların aradan qaldırılması üzrə təkliflər hazırlamaq;
  • İstehsal göstəricilərinin təhlilini aparmaq və müvafiq hesabatlar hazırlamaq;
  • Avadanlıqların səmərəli və təhlükəsiz istismarına nəzarət etmək;
  • Texnoloji sənədlərin hazırlanması və yenilənməsində iştirak etmək;
  • Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ekoloji tələblərə riayət olunmasını təmin etmək;
  • İstehsal proseslərinin optimallaşdırılması və məhsuldarlığın artırılması üzrə təkliflər vermək.

Tələblər

  • Metallurgiya mühəndisliyi, materialşünaslıq, kimya mühəndisliyi və ya digər uyğun texniki ixtisas üzrə ali təhsil;
  • Müvafiq sahədə 5 il iş təcrübəsi üstünlükdür;
  • Metallurgiya və metal emalı texnologiyaları haqqında biliklər;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
  • Şirkət tərəfindən təklif olunur
  • Rəqabətli əmək haqqı;
  • Peşəkar inkişaf və təlim imkanları;
  • Karyera inkişafı imkanı;
  • Müasir istehsalat mühiti;
  • Əmək qanunvericiliyinə uyğun iş şəraiti.
  • Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Metallurgiya mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Geri