Mexanika mühəndisi
Şirkətimiz mexaniki sistemlər üzrə layihələrin hazırlanması və icrasına nəzarət edəcək Mexanika mühəndisi axtarır. Namizəd layihə və texniki sənədlərin hazırlanmasında, sahə ölçülərinin götürülməsində və tikinti-quraşdırma işlərinin layihə tələblərinə uyğunluğunun yoxlanılmasında iştirak edəcək.
Təsvir
• Texniki və layihə sənədlərinin hazırlanmasında iştirak etmək;
• Dizayn əsasında layihələrin hazırlanmasına və icrasına nəzarət etmək;
• Tender sənədlərinin hazırlanmasında iştirak etmək;
• Tikinti sahəsinin mövcud vəziyyətini yoxlamaq və zəruri ölçüləri götürmək;
• İşlərə başlamazdan əvvəl Sifarişçi ilə layihə tələblərini müzakirə etmək;
• AutoCAD proqramında texniki çizimlərin hazırlanmasını həyata keçirmək;
• Təkliflərin və texniki tapşırıqların layihə tələblərinə uyğunluğunu yoxlamaq;
• BOQ və layihə hesabatlarının hazırlanmasında iştirak etmək;
• Layihələrin icra vəziyyəti ilə bağlı həftəlik hesabatlar hazırlamaq;
• Əmlaklarda icarəçilər tərəfindən həyata keçirilən tikinti-quraşdırma işlərinin müəyyən edilmiş standartlara və material tələblərinə uyğunluğuna nəzarət etmək.
Tələblər
- Mexanika mühəndisliyi və ya əlaqəli mühəndislik ixtisası üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Mexaniki sistemlər və layihə sənədlərinin hazırlanması üzrə praktiki biliklər;
- AutoCAD proqramında işləmək bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;
- Texniki çizimləri oxuma və hazırlama bacarığı;
- BOQ və texniki sənədlərlə işləmək bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik və dəqiqlik;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.
- Vakansiya növü - Tam ştat
- İmtiyazlar
- "Dəyərlisən" PAŞA loyallıq proqramına üzvlük
- Geniş təminatlı tibbi sığorta
- Rəqabətli əməkhaqqı və bonus sistemi
- Peşəkar inkişaf imkanları və müvafiq sertifikatların əldə olunmasına dəstək
- Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.