Vakansiyalar
IG

Mobiloqraf (YouTube & TikTok)

Improve Group

Əsas vəzifə öhdəlikləri:

• YouTube kanalının tam idarə olunması: kontent planının hazırlanması, çəkiliş, montaj, yerləşdirmə və nəticələrin izlənilməsi;

• TikTok və YouTube Shorts üçün kreativ və dinamik qısa video kontentlərin hazırlanması;

• Həftəlik minimum 4 qısa videonun hazırlanması və yayımlanması;

• YouTube üçün uzun formatlı video kontentlərin çəkilişi və montajının həyata keçirilməsi;

• Kontentin ideyadan çəkilişə, montajdan yayıma qədər bütün prosesinin müstəqil idarə olunması;

• YouTube, TikTok və digər video platformalarındakı trendlərin davamlı izlənilməsi;

• Yeni video formatlarının, rubrikaların və kreativ ideyaların hazırlanması və test edilməsi;

• YouTube SEO tələblərinə uyğun başlıq, təsvir, teq və digər elementlərin hazırlanması;

• Kanal statistikasının və video performans göstəricilərinin izlənilməsi və təhlil edilməsi;

• Aylıq nəticələr üzrə hesabatların hazırlanması və təqdim edilməsi;

• Brendin üslubuna uyğun vizual və video kontentin hazırlanmasının təmin edilməsi.

Kvalifikasiya tələbləri:

• Təhsili: Ali və ya orta ixtisas təhsili üstünlükdür;

İş təcrübəsi: Mobiloqrafiya, video çəkiliş və kontent istehsalı sahəsində praktiki iş təcrübəsi.

• Namizədin daha öncə hazırladığı video işləri (portfoliosu) tələb edilir;

Tələb olunan bilik və bacarıqlar:

• Mobil telefon vasitəsilə keyfiyyətli və peşəkar video çəkiliş bacarığı;

• Vertikal video formatları (TikTok, Reels, YouTube Shorts) üzrə praktiki təcrübə;

• CapCut, Adobe Premiere Pro və/və ya After Effects proqramlarında montaj bacarığı;

• TikTok və YouTube platformalarının alqoritmləri, trendləri və kontent formatları haqqında anlayış;

• YouTube üçün uzun və qısa formatlı videoların hazırlanması bacarığı;

• YouTube SEO prinsipləri haqqında bilik;

• Kreativ düşüncə və yeni video formatları/rubrikalar təklif etmək bacarığı;

• Çəkiliş və montaj prosesini müstəqil şəkildə həyata keçirmək bacarığı;

• Trendlərə sürətli adaptasiya və operativ işləmək bacarığı;

• Detallara diqqət və vizual keyfiyyətə fokuslanmaq;

• Vaxtın effektiv idarə olunması və deadline-lara əməl etmək;

• Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı;

• Rus və ingilis dili biliyi üstünlükdür.

Təklif edirik:

• Əmək haqqı: 1000 AZN;

• Müxtəlif brendlər və layihələr üçün kreativ kontentlər hazırlamaq imkanı;

• YouTube və TikTok istiqamətində yeni layihə və formatların yaradılmasında aktiv iştirak;

• Karyera inkişafı və öyrənmə imkanları;

• Gənc və dinamik komandada çalışma imkanı;

• Nahar şirkət tərəfindən təmin olunur;

• Rahat və motivasiyaedici iş mühiti.

Ünvan: Elmlər Akademiyası, Zahid Xəlilov 25A.

Tələblərə cavab verən namizədlər öz CV və portfoliolarını “Mobiloqraf (YouTube & TikTok)” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Geri