BR
Monitorinq şöbəsinin kiçik mütəxəssisi, mütəxəssisi
Bank Respublika ASC
Təsvir
• Filialların kredit portfelini hesabatlar əsasında təhlil etmək və şübhəli halları aşkar etmək;
• Filiallarda verilmiş kreditləri monitorinq etmək və monitorinq olunan kreditlərin keyfiyyətini qiymətləndirmək;
• Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumat vermək və zəruri hallarda bankın daxili qaydalarında, prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
• Filiallarda keçirilmiş monitorinqin nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Tələblər
- Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);
- Risk sahəsi üzrə sertifikatların olması üstünlükdür;
- Təcrübə: Bankda biznes və istehlak kreditləri üzrə minimum 1 illik iş təcrübəsi mütləqdir;
- Dil bilikləri: Azərbaycan dili əla, Rus və Ingilis dilləri yaxşı səviyyədə arzuolunandır;
- MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Bankın filiallarına mütəmadi olaraq ezamiyyətlərə gedə bilmək imkanının olması.
- Vakansiya növü - Tam ştat
- Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.