Vakansiyalar
CO

Müdir Köməkçisi / Administrator

Company

Daşınmaz əmlak sahəsində fəaliyyətə yeni başlayan və inkişaf hədəfləri olan şirkətimiz komandasına Müdir Köməkçisi / Administrator axtarır.

Əgər məsuliyyətli, təşəbbüskar, ünsiyyətcil və inkişaf yönümlü birisinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!

Vəzifə öhdəlikləri

  • Müdirin gündəlik iş fəaliyyətinin təşkili;
  • Müştərilər və tərəfdaşlarla telefon və sosial şəbəkələr vasitəsilə ünsiyyətin qurulması;
  • Gələn zənglərin və yazışmaların idarə olunması;
  • Ofis sənədlərinin hazırlanması və inzibati işlərin təşkili;
  • Şirkətin sosial media (SMM) fəaliyyətinin və ilkin marketinq işlərinin koordinasiyası;
  • Vakansiyaların yerləşdirilməsi, namizədlərin seçilməsi və müsahibələrin təşkilində iştirak;
  • Komandanın formalaşdırılmasına dəstək və yeni əməkdaşların işə cəlb olunması;
  • Görüşlərin və iş qrafikinin koordinasiyası.

Tələblər

  • Azərbaycan dilində sərbəst danışıq;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Sosial media platformaları ilə işləmək bacarığı;
  • Yüksək ünsiyyət, təşkilatçılıq və liderlik bacarığı;
  • Komanda qurmaq və müsahibə aparmaq bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq;
  • Daşınmaz əmlak, satış və ya inzibati sahədə təcrübə üstünlükdür.
  • Şirkət təklif edir
  • Yeni və inkişaf edən şirkətdə karyera qurmaq imkanı;
  • Rəhbərlik və idarəetmə sahəsində inkişaf perspektivi;
  • Rahat və motivasiyaedici iş mühiti;
  • Əməkhaqqı müsahibə əsasında müəyyən ediləcək.
  • İş yeri: Dərnəgül
  • CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
  • Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Geri