CO
Müdir Köməkçisi / Administrator
Company
Daşınmaz əmlak sahəsində fəaliyyətə yeni başlayan və inkişaf hədəfləri olan şirkətimiz komandasına Müdir Köməkçisi / Administrator axtarır.
Əgər məsuliyyətli, təşəbbüskar, ünsiyyətcil və inkişaf yönümlü birisinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!
Должностные обязанности
- Müdirin gündəlik iş fəaliyyətinin təşkili;
- Müştərilər və tərəfdaşlarla telefon və sosial şəbəkələr vasitəsilə ünsiyyətin qurulması;
- Gələn zənglərin və yazışmaların idarə olunması;
- Ofis sənədlərinin hazırlanması və inzibati işlərin təşkili;
- Şirkətin sosial media (SMM) fəaliyyətinin və ilkin marketinq işlərinin koordinasiyası;
- Vakansiyaların yerləşdirilməsi, namizədlərin seçilməsi və müsahibələrin təşkilində iştirak;
- Komandanın formalaşdırılmasına dəstək və yeni əməkdaşların işə cəlb olunması;
- Görüşlərin və iş qrafikinin koordinasiyası.
Требования
- Azərbaycan dilində sərbəst danışıq;
- MS Office proqramlarında işləmək bacarığı;
- Sosial media platformaları ilə işləmək bacarığı;
- Yüksək ünsiyyət, təşkilatçılıq və liderlik bacarığı;
- Komanda qurmaq və müsahibə aparmaq bacarığı;
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq;
- Daşınmaz əmlak, satış və ya inzibati sahədə təcrübə üstünlükdür.
- Şirkət təklif edir
- Yeni və inkişaf edən şirkətdə karyera qurmaq imkanı;
- Rəhbərlik və idarəetmə sahəsində inkişaf perspektivi;
- Rahat və motivasiyaedici iş mühiti;
- Əməkhaqqı müsahibə əsasında müəyyən ediləcək.
- İş yeri: Dərnəgül
- CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
- Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.