Vakansiyalar
CO

Mühasib

Company

Əsas vəzifə öhdəlikləri:

• Gündəlik mühasibat əməliyyatlarının (kassa, bank, hesab-fakturalar, elektron qaimələr) aparılması

• Şirkətin maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi

• Vergi, DSMF və digər icbari ödənişlərin hesablanması və müvafiq portallar (e-taxes.gov.az, e-gov.az və s.) vasitəsilə vaxtında təqdim edilməsi

• Əmək haqqının, ezamiyyət və sosial məzuniyyət ödənişlərinin hesablanması

• Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması

• Alış-satış üzrə sənədləşmənin (müqavilə, qaimə, akt) izlənməsi və uçotu

• Bank köçürmələrinin həyata keçirilməsi və pul vəsaitlərinin hərəkətinə nəzarət

• Rəhbərliyin tələbi ilə əlavə maliyyə hesabatlarının hazırlanması

​​​​​​​Namizədə tələblər:

• Mühasibatlıq/maliyyə sahəsində minimum 2 illik təcrübə

• 1C və ya oxşar mühasibatlıq proqramında iş təcrübəsi

• Azərbaycan Respublikasının Vergi və Əmək Məcəllələri üzrə orta səviyyəli bilik

• MS Office (əsasən Excel) yaxşı səviyyədə

• Rus dili mütləq, əlavə üstünlük — ingilis dili

İş yeri: Bakı

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Geri