Planlaşdırma üzrə aparıcı mühəndis
Təsvir
• Müqavilə əsasında layihə qrafikini hazırlamaq və yeniləmək;
• Layihə planı əsasında hər bir mərhələ üçün iş qrafikini və hədəf mərhələlərini təyin etmək;
• Layihə qrafikinə əsasən kritik fəaliyyətlərə nəzarət etmək;
• Həftəlik iş gedişatını izləmək və həftəlik/aylıq hesabatlar hazırlamaq;
• Layihə rəhbərlərinə və kommersiya rəhbərlərinə cari vəziyyət ilə bağlı məlumatların verilməsi;
• Cari vəziyyəti əks etdirən həftəlik/aylıq hesabatı hazırlamaq;
• Layihə rəhbərinə hazırkı işin gedişi barədə hesabat vermək, plan və faktiki irəliləyişlər arasında müqayisəni apararaq alternativ yanaşmaların işə təsirini təhlil etmək;
• Sahə iclaslarında və müzakirələrdə iştirak etmək;
• Tender üçün iş qrafiki, S-əyrisi və işçi heyətinin hərəkəti histoqramını hazırlamaq;
• Sahədən gələn hesabatların düzgünlüyünün yoxlamaq;
• Sahələrdən alınan həftəlik hesabatlar nəticəsində iş qrafiklərinin həftəlik olaraq yenilənməsi;
• Sahələrə səfərlər edərək görülən işlərin göndərilən hesabatlarla doğruluğuna nəzarət edilməsi;
• Sahə səfərləri hesabatlarının hazırlanması;
• İkihəftəlik hesabatların hazırlanaraq layihə komandasına təqdim edilməsi;
• Layihələndirmə mərhələsində inkişaf statusunun həftəlik yenilənməsi;
• Şirkətin işçi resurslarının layihələr üzrə paylanılmasını, resursların planlanmasını həyata keçirmək;
• Satınalmalar şöbəsindən alınan məlumat əsasında tenderdə olan layihələrin statusunun dəyərləndirilməsi;
• Master qrafik üzrə işçi resursların layihə rəhbəri ilə birgə təyin olunması;
• Məhsuldarlıq və adam sayı analizlərin hazırlanması, görüləcək işlər üçün resurs və vaxt sərfiyyatı cədvəlinin hazırlanması;
• Nəticələr və mümkün təsirlər barədə bir başa və funksional rəhbərə məlumat vermək;
• Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işləri yerinə yetirmək.
Tələblər
- Ali təhsil: Mühəndislik ixtisası üzrə ali təhsil;
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilisi dili – yaxşı:
- Kompüter bacarıqları: MS Office, Primavera P6, MS Project.
- Vakansiya növü - Tam ştat
- Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.