Vakansiyalar
ME

Qazmaçı

Modern Engineering Bureau of Azerbaijan

Vəzifə öhdəlikləri

  • Qazma meydançasında və cavabdeh olduğu sahələrdə aparılan əməliyyatlara nəzarət etmək, işlərin təsdiq edilmiş prosedurlara və təhlükəsizlik siyasətinə uyğun həyata keçirilməsini təmin etmək;
  • Gündəlik qazma məlumatlarını və təhvil-təslim qeydlərini düzgün aparmaq;
  • Qazma parametrləri əsasında quyunun vəziyyətini izləmək, quyu daxili problemlər zamanı operativ tədbirlər görmək;
  • Qazma kompanovkasının yığılması, “pipe tally” və quyuya buraxılan avadanlıqların ölçü və texniki göstəricilərinin düzgün qeydiyyatına nəzarət etmək;
  • Qoruyucu boruların endirilməsi, yoxlanılması və daralmış sahələrin açılması işlərini həyata keçirmək;
  • Quyu nəzarəti və atqıya qarşı avadanlıqların təzyiq sınaqlarını aparmaq, nəticələrin qeydiyyatını təmin etmək;
  • Preventor və digər quyu nəzarəti avadanlıqlarının yığılması və sökülməsi zamanı təhlükəsiz iş qaydalarına riayət olunmasına nəzarət etmək;
  • İşə İcazə sisteminin tələblərinə uyğun olaraq işləri qiymətləndirmək və təhlükəsizlik tədbirlərinin icrasını təmin etmək;
  • Tabeçiliyində olan personalın iş bölgüsünü aparmaq, onları təlimatlandırmaq və fəaliyyətinə nəzarət etmək;
  • Servis və təchizatçı şirkətlərin nümayəndələrinin işinə nəzarət etmək və zəruri təlimatları vermək;
  • İş sahəsində sağlamlıq, təhlükəsizlik və ətraf mühit tələblərinə riayət olunmasını təmin etmək;
  • Gündəlik qazma hesabatlarının hazırlanmasına məlumat təqdim etmək;
  • Rəhbərlik tərəfindən verilən və vəzifənin mahiyyətinə uyğun digər tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Orta və ya peşə təhsili;
  • Qazma sahəsində və uyğun vəzifədə 3–5 il iş təcrübəsi;
  • Qazma əməliyyatları, boruların endirilməsi və çıxarılması, quyu nəzarəti və qazma avadanlıqları üzrə praktiki biliklər;
  • SƏTƏM standartları, risklərin qiymətləndirilməsi və İşə İcazə sistemi üzrə biliklər;
  • Gündəlik qazma qeydlərini və texniki məlumatları aparmaq bacarığı;
  • Komandada işləmək, iş bölgüsü aparmaq və operativ qərar qəbul etmək bacarığı;
  • MS Office və digər əsas proqramlardan istifadə bacarığı;
  • İngilis dili biliyi arzuolunandır;
  • Well Control sertifikatının olması üstünlükdür;
  • Növbəli iş rejimində, quruda və dənizdə işləmək imkanı;
  • Məsuliyyətlilik, intizamlılıq, çeviklik və təhlükəsizlik qaydalarına ciddi yanaşma.
  • Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Geri