Vakansiyalar
TR

Resale Sales Manager

TREVA

İş yeri: Bayıl, Sabah Residence

Vəzifə haqqında

• TREVA Real Estate daşınmaz əmlak bazarında satışı sistemləşdirən, texnologiya və nəticə yönümlü yanaşma ilə çalışan şirkətdir.

• Hazırda Resale (ikinci bazar) istiqamətimizi inkişaf etdiririk və bu sahənin qurulmasında iştirak edəcək, satış proseslərini idarə edə biləcək Resale Satış Məsləhətçisi axtarırıq.

• Bu rolda siz daşınmaz əmlak satış prosesinin bütün mərhələlərində iştirak edəcək, müştəri münasibətlərini idarə edəcək və uğurlu sövdələşmələrin bağlanmasına cavabdeh olacaqsınız.

Əsas vəzifələr:

• Satıcılarla əlaqə qurmaq, daşınmaz əmlak obyektlərini analiz etmək və qiymətləndirmək;

• Yeni obyektlərin portfelə əlavə olunması və eksklüziv əməkdaşlıqların qurulması;

• Alıcı müraciətlərini idarə etmək, ehtiyaclarını müəyyənləşdirmək və uyğun seçimlər təqdim etmək;

• Müştərilərlə görüşlərin və daşınmaz əmlak baxışlarının təşkili;

• Satış prosesini ilkin əlaqədən müqavilənin bağlanmasına qədər idarə etmək;

• Danışıqları aparmaq və satış nəticələrinə cavabdeh olmaq;

• CRM sistemində müştəri və obyekt məlumatlarını düzgün şəkildə qeyd etmək.

Tələblər

  • Satış sahəsində minimum 2 il iş təcrübəsi (daşınmaz əmlak, bank, sığorta və ya digər satış sahələri üstünlükdür);
  • Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Satış nəticələrinə fokuslanan və məqsədyönlü yanaşma;
  • CRM sistemləri ilə işləmə bacarığı;
  • Azərbaycan və Rus dilində sərbəst danışıq və yazı bacarığı;
  • Müstəqil, məsuliyyətli və aktiv iş prinsipi.
  • Biz nə təklif edirik:
  • Stabil aylıq fix əmək haqqı və bonus sistemi;
  • Nəticələrə əsaslanan yüksək qazanc imkanı;
  • Yeni qurulan istiqamətdə inkişaf və liderlik imkanı;
  • Sistemli iş prosesi və peşəkar komanda dəstəyi;
  • Karyera inkişaf imkanları.
  • TREVA-da satış təsadüfi proses deyil sistemli yanaşmadır. Əgər siz nəticə yönümlü işləməyi və böyüyən komandanın bir hissəsi olmağı istəyirsinizsə, müraciətinizi gözləyirik.
  • CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Geri