Resale Sales Manager
İş yeri: Bayıl, Sabah Residence
Vəzifə haqqında
• TREVA Real Estate daşınmaz əmlak bazarında satışı sistemləşdirən, texnologiya və nəticə yönümlü yanaşma ilə çalışan şirkətdir.
• Hazırda Resale (ikinci bazar) istiqamətimizi inkişaf etdiririk və bu sahənin qurulmasında iştirak edəcək, satış proseslərini idarə edə biləcək Resale Satış Məsləhətçisi axtarırıq.
• Bu rolda siz daşınmaz əmlak satış prosesinin bütün mərhələlərində iştirak edəcək, müştəri münasibətlərini idarə edəcək və uğurlu sövdələşmələrin bağlanmasına cavabdeh olacaqsınız.
Əsas vəzifələr:
• Satıcılarla əlaqə qurmaq, daşınmaz əmlak obyektlərini analiz etmək və qiymətləndirmək;
• Yeni obyektlərin portfelə əlavə olunması və eksklüziv əməkdaşlıqların qurulması;
• Alıcı müraciətlərini idarə etmək, ehtiyaclarını müəyyənləşdirmək və uyğun seçimlər təqdim etmək;
• Müştərilərlə görüşlərin və daşınmaz əmlak baxışlarının təşkili;
• Satış prosesini ilkin əlaqədən müqavilənin bağlanmasına qədər idarə etmək;
• Danışıqları aparmaq və satış nəticələrinə cavabdeh olmaq;
• CRM sistemində müştəri və obyekt məlumatlarını düzgün şəkildə qeyd etmək.
Requirements
- Satış sahəsində minimum 2 il iş təcrübəsi (daşınmaz əmlak, bank, sığorta və ya digər satış sahələri üstünlükdür);
- Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Satış nəticələrinə fokuslanan və məqsədyönlü yanaşma;
- CRM sistemləri ilə işləmə bacarığı;
- Azərbaycan və Rus dilində sərbəst danışıq və yazı bacarığı;
- Müstəqil, məsuliyyətli və aktiv iş prinsipi.
- Biz nə təklif edirik:
- Stabil aylıq fix əmək haqqı və bonus sistemi;
- Nəticələrə əsaslanan yüksək qazanc imkanı;
- Yeni qurulan istiqamətdə inkişaf və liderlik imkanı;
- Sistemli iş prosesi və peşəkar komanda dəstəyi;
- Karyera inkişaf imkanları.
- TREVA-da satış təsadüfi proses deyil sistemli yanaşmadır. Əgər siz nəticə yönümlü işləməyi və böyüyən komandanın bir hissəsi olmağı istəyirsinizsə, müraciətinizi gözləyirik.
- CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.