Vakansiyalar
QA

Satış Şöbəsinin Rəhbəri

Qalan

QALAN — təhsil texnologiyaları (EdTech) sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. Şirkət Azərbaycan, Qazaxıstan, Özbəkistan, Rusiya və digər regional bazarlarda fəaliyyət göstərərək müasir təhsil imkanlarını texnologiya ilə birləşdirir.

Vəzifənin əsas məqsədi:

• Satış komandasının idarə olunması, satış planlarının icrasının təmin edilməsi, komandanın inkişaf etdirilməsi və satış nəticələrinin davamlı olaraq artırılması.

Vəzifə öhdəlikləri

  • Satış komandasının gündəlik fəaliyyətinin idarə olunması və iş bölgüsünün həyata keçirilməsi;
  • Satış planlarının hazırlanması, icrasına nəzarət və qarşıya qoyulmuş hədəflərin təmin edilməsi;
  • Komanda üzvlərinin təlim və peşəkar inkişaf prosesinin təşkili;
  • AmoCRM sistemində satış proseslərinin effektiv idarə olunması və nəzarətdə saxlanılması;
  • Satış skriptlərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsi;
  • KPI göstəricilərinin müəyyənləşdirilməsi və icrasına nəzarət;
  • Telefon satışlarının əsas göstəricilərinin (KPI) təhlili və idarə edilməsi: konversiya faizi, müştərinin saxlanma göstəricisi (Retention Rate), orta çek, gəlir, əlaqə faizi (Contact Rate) və digər əsas satış metrikləri;
  • Komandanın motivasiyasının və məhsuldarlığının artırılması;
  • Satış göstəricilərinin mütəmadi analizi və nəticələr əsasında müvafiq tədbirlərin görülməsi;
  • Rəhbərlik üçün satış nəticələri üzrə analitik hesabatların hazırlanması;
  • Satış proseslərinin optimallaşdırılması və daha effektiv iş mexanizmlərinin qurulması;
  • Komanda üzvlərinin inkişafına dəstək göstərilməsi və nəticəyönümlü iş mühitinin formalaşdırılması.

Tələblər

  • Satış sahəsində minimum 3 il iş təcrübəsi;
  • Komanda idarəçiliyi üzrə təcrübə;
  • CRM sistemləri, xüsusilə AmoCRM ilə işləmə bacarığı;
  • Satış skriptləri və KPI sistemlərinin hazırlanması və tətbiqi üzrə bilik;
  • Güclü liderlik və komanda idarəetmə bacarığı;
  • Strateji düşünmə və operativ qərarvermə qabiliyyəti;
  • Analitik düşüncə və nəticələrə əsaslanan yanaşma;
  • Yüksək kommunikasiya və motivasiya bacarığı;
  • Azərbaycan və rus dillərində sərbəst danışıq və yazılı ünsiyyət bacarığı.
  • İş şəraiti:
  • Nəticələrə əsaslanan əmək haqqı + bonus sistemi;
  • İş qrafiki: 6 iş günü / 1 istirahət günü;
  • Peşəkar, dinamik və motivasiyalı komanda ilə işləmək imkanı;
  • Karyera və peşəkar inkişaf imkanları;
  • Şirkətin böyüməsinə və satış strategiyasının formalaşmasına birbaşa töhfə vermək imkanı;
  • Şəxsi təşəbbüslərin və yeni ideyaların dəstəkləndiyi iş mühiti.
  • Əgər satış komandası idarə etmək, nəticələrə nail olmaq və inkişaf edən beynəlxalq şirkətin bir hissəsi olmaq istəyirsinizsə, sizi QALAN komandasına qoşulmağa dəvət edirik.
  • Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Geri