QA
Satış Şöbəsinin Rəhbəri
Qalan
QALAN — təhsil texnologiyaları (EdTech) sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. Şirkət Azərbaycan, Qazaxıstan, Özbəkistan, Rusiya və digər regional bazarlarda fəaliyyət göstərərək müasir təhsil imkanlarını texnologiya ilə birləşdirir.
Vəzifənin əsas məqsədi:
• Satış komandasının idarə olunması, satış planlarının icrasının təmin edilməsi, komandanın inkişaf etdirilməsi və satış nəticələrinin davamlı olaraq artırılması.
Должностные обязанности
- Satış komandasının gündəlik fəaliyyətinin idarə olunması və iş bölgüsünün həyata keçirilməsi;
- Satış planlarının hazırlanması, icrasına nəzarət və qarşıya qoyulmuş hədəflərin təmin edilməsi;
- Komanda üzvlərinin təlim və peşəkar inkişaf prosesinin təşkili;
- AmoCRM sistemində satış proseslərinin effektiv idarə olunması və nəzarətdə saxlanılması;
- Satış skriptlərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsi;
- KPI göstəricilərinin müəyyənləşdirilməsi və icrasına nəzarət;
- Telefon satışlarının əsas göstəricilərinin (KPI) təhlili və idarə edilməsi: konversiya faizi, müştərinin saxlanma göstəricisi (Retention Rate), orta çek, gəlir, əlaqə faizi (Contact Rate) və digər əsas satış metrikləri;
- Komandanın motivasiyasının və məhsuldarlığının artırılması;
- Satış göstəricilərinin mütəmadi analizi və nəticələr əsasında müvafiq tədbirlərin görülməsi;
- Rəhbərlik üçün satış nəticələri üzrə analitik hesabatların hazırlanması;
- Satış proseslərinin optimallaşdırılması və daha effektiv iş mexanizmlərinin qurulması;
- Komanda üzvlərinin inkişafına dəstək göstərilməsi və nəticəyönümlü iş mühitinin formalaşdırılması.
Требования
- Satış sahəsində minimum 3 il iş təcrübəsi;
- Komanda idarəçiliyi üzrə təcrübə;
- CRM sistemləri, xüsusilə AmoCRM ilə işləmə bacarığı;
- Satış skriptləri və KPI sistemlərinin hazırlanması və tətbiqi üzrə bilik;
- Güclü liderlik və komanda idarəetmə bacarığı;
- Strateji düşünmə və operativ qərarvermə qabiliyyəti;
- Analitik düşüncə və nəticələrə əsaslanan yanaşma;
- Yüksək kommunikasiya və motivasiya bacarığı;
- Azərbaycan və rus dillərində sərbəst danışıq və yazılı ünsiyyət bacarığı.
- İş şəraiti:
- Nəticələrə əsaslanan əmək haqqı + bonus sistemi;
- İş qrafiki: 6 iş günü / 1 istirahət günü;
- Peşəkar, dinamik və motivasiyalı komanda ilə işləmək imkanı;
- Karyera və peşəkar inkişaf imkanları;
- Şirkətin böyüməsinə və satış strategiyasının formalaşmasına birbaşa töhfə vermək imkanı;
- Şəxsi təşəbbüslərin və yeni ideyaların dəstəkləndiyi iş mühiti.
- Əgər satış komandası idarə etmək, nəticələrə nail olmaq və inkişaf edən beynəlxalq şirkətin bir hissəsi olmaq istəyirsinizsə, sizi QALAN komandasına qoşulmağa dəvət edirik.
- Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.