Satış təmsilçisi
İş haqqında məlumat:
• Şirkətin tibbi məhsul və avadanlıqlarının satışını təmin etmək;
• Müəyyən olunmuş satış planı və hədəflərinə uyğun olaraq fəaliyyət göstərmək;
• Yeni müştərilərin cəlb olunması və mövcud müştəri portfelinin idarə olunması;
• Tibb müəssisələrinə (xəstəxanalar, klinikalar, və s.) məhsulların təqdimatı və satışının təşkili;
• Ərazidə müntəzəm şəkildə müştəri ziyarətləri həyata keçirmək;
• Satışa təqdim olunan məhsullar və avadanlıqlar haqqında ətraflı və dəqiq məlumata malik olmaq;
• Müştərilərə məhsulun funksiyaları, istifadəsi, üstünlükləri barədə məlumat vermək və onları maarifləndirmək;
• Günlük, həftəlik və aylıq satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
• Ziyarət edilmiş müştərilər, əldə olunan sifarişlər və gələcək planlar haqqında sənədləşmənin aparılması;
• Müştərinin tələbatına uyğun məhsul təqdimatı etmək;
• Seçilmiş məhsul haqqında müştəriyə tam və ətraflı məlumat vermək;
• Məhsulun stok miqdarını cari dəyərini daim nəzarətdə saxlamaq;
Tələblər:
• Ali və ya orta ixtisas təhsilli olmalı;
• Komandada işləmək bacarığı olmalı;
• Satış və ya müştəri xidmətləri sahəsi üzrə 1 ilə qədər iş təcrübəsi olmalı;
• Müştərilərə diqqətli və səbrli davranış sərgiləməli;
• Sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması mütləqdir;
• Yaş məhdudiyyəti 22-35
Niyə biz?
- Həftədə 5 iş günü, 2 gün istirahət;
- İş yeri: Bakı şəhəri
- Əmək haqqı: fix maaş 1000 Azn + bonus
- Tələblərə cavab verdiyiniz təqdirdə CV-lərinizi “Satış təmsilçisi” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.