Vakansiyalar
SF

Satış təmsilçisi

Sədərək Firması

Su istehsalı və satışı ilə məşğul olan şirkətimizə satış təmsilçisi axtarılır.

Əsas vəzifə öhdəlikləri:

• Şirkətin məhsullarının satışını həyata keçirmək və satış hədəflərinin yerinə yetirilməsini təmin etmək;

• Yeni müştərilər və potensial satış kanallarını araşdırmaq, müəyyənləşdirmək və cəlb etmək;

• Mövcud müştəri portfelini inkişaf etdirmək və uzunmüddətli işgüzar münasibətləri formalaşdırmaq;

• Müştərilərin ehtiyaclarını təhlil edərək uyğun məhsul və əməkdaşlıq şərtlərini təqdim etmək;

• Satış nöqtələrinə mütəmadi səfərlər etmək, məhsulların mövcudluğunu və satış vəziyyətini nəzarətdə saxlamaq;

• Bazarın, müştəri tələbatının və rəqib fəaliyyətinin mütəmadi təhlilini aparmaq;

• Satış həcminin və müştəri bazasının genişləndirilməsi istiqamətində yeni imkanlar müəyyənləşdirmək;

• Müştərilərdən daxil olan müraciət və təklifləri operativ şəkildə idarə etmək;

• Görülmüş işlər, satış nəticələri və bazar üzrə müşahidələr barədə rəhbərliyə müvafiq hesabatlar təqdim etmək.

Tələblər

  • Cinsi: kişi
  • Yaş: 30-45
  • Satış sahəsində iş təcrübəsi;
  • Güclü ünsiyyət və təqdimat bacarığı;
  • Danışıqlar aparmaq və müştəri ilə düzgün münasibət qurmaq bacarığı;
  • Aktiv, məsuliyyətli və nəticəyönümlü olmaq;
  • Satış hədəfləri ilə işləmək bacarığı;
  • Şəxsi avtomobil.
  • İş şəraiti
  • Əmək haqqı: minimum 1500 manat (əmək haqqı bonusdan formalaşır)
  • İş qrafiki: 6 günlük iş həftəsi.
  • Ünvan: Sədərək TM çıxışı
  • Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “satış təmsilçisi – pərakəndə” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Geri