Satış təmsilçisi
Su istehsalı və satışı ilə məşğul olan şirkətimizə satış təmsilçisi axtarılır.
Əsas vəzifə öhdəlikləri:
• Şirkətin məhsullarının satışını həyata keçirmək və satış hədəflərinin yerinə yetirilməsini təmin etmək;
• Yeni müştərilər və potensial satış kanallarını araşdırmaq, müəyyənləşdirmək və cəlb etmək;
• Mövcud müştəri portfelini inkişaf etdirmək və uzunmüddətli işgüzar münasibətləri formalaşdırmaq;
• Müştərilərin ehtiyaclarını təhlil edərək uyğun məhsul və əməkdaşlıq şərtlərini təqdim etmək;
• Satış nöqtələrinə mütəmadi səfərlər etmək, məhsulların mövcudluğunu və satış vəziyyətini nəzarətdə saxlamaq;
• Bazarın, müştəri tələbatının və rəqib fəaliyyətinin mütəmadi təhlilini aparmaq;
• Satış həcminin və müştəri bazasının genişləndirilməsi istiqamətində yeni imkanlar müəyyənləşdirmək;
• Müştərilərdən daxil olan müraciət və təklifləri operativ şəkildə idarə etmək;
• Görülmüş işlər, satış nəticələri və bazar üzrə müşahidələr barədə rəhbərliyə müvafiq hesabatlar təqdim etmək.
Требования
- Cinsi: kişi
- Yaş: 30-45
- Satış sahəsində iş təcrübəsi;
- Güclü ünsiyyət və təqdimat bacarığı;
- Danışıqlar aparmaq və müştəri ilə düzgün münasibət qurmaq bacarığı;
- Aktiv, məsuliyyətli və nəticəyönümlü olmaq;
- Satış hədəfləri ilə işləmək bacarığı;
- Şəxsi avtomobil.
- İş şəraiti
- Əmək haqqı: minimum 1500 manat (əmək haqqı bonusdan formalaşır)
- İş qrafiki: 6 günlük iş həftəsi.
- Ünvan: Sədərək TM çıxışı
- Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “satış təmsilçisi – pərakəndə” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.